Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur - Azərbaycan XİN
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şuranın xüsusi iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az–a verilən məlumata görə, iclasda xarici işlər nazirinin müavini Araz Əzimov video formatda iştirak edib.
Xüsusi iclasda çıxış edən A.Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.
Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.
Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.
Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var