Ukraynalı futbolçular niyə türkiyəli hakimin əlini sıxmayıb? - DETALLAR

Ukraynalı futbolçular niyə türkiyəli hakimin əlini sıxmayıb? - DETALLARUkraynalı futbolçular UEFA qaydalarının tələb etdiyi kimi, matçdan əvvəl türk hakimin əlini sıxmayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya "Aydınlık" nəşrində yer alıb.
"Səbəb, gülməli deyilsə, mənasızdır. Guya hakim, əvvəllər "Rusiya komandasının oyununu idarə etdi" deyirlər". Materialın müəllif xatırladır ki, belə bir hərəkətin cəzası var.
Xatırladaq ki, cümə axşamı, avqustun 22-də Slovakiyanın Koşitse futbol arenasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Ukraynanın
"Krivbass" (Krivoy Roq) komandası və İspaniyanın "Real Betis" komandaları qarşılaşıblar. Oyundan əvvəl Ukrayna klubu UEFA-dan türkiyəli hakimləri təyin etməməyi xahiş edib. Bu tələb müsbət cavab almadıqdan sonra ukraynalı futbolçular oyunöncəsi mərasimdə türkiyəli hakim Arda Kardeşlerin əlin sıxmayıb.
"Real Betis"in futbolçuları türkiyəli hakimlə ənənəvi əl sıxışarkən, "Krivbass"lılar ona məhəl qoymayıblar. Püşkatma zamanı Ukrayna klubunun kapitanı hakimlə əl sıxmayaraq üzünü çevirib.
Ukrayna klubunun bu cür davranışına səbəb Arda Kardeşlerin daha əvvəl Moskvada Serbiya ilə yoldaşlıq oyununda Rusiya milli futbol komandasına hakimlik etməsidir.
UEFA-dan başqa hakim tələb edən Ukraynanın "Krivbass" klubu açıqlamasında belə deyib: "Rusiya matçında işləyən hakimin oyunumuzu idarə etməsi klubumuzu azarkeşlər qarşısında nüfuzdan salır, onların arasında Rusiya hücumlarına məruz qalan döyüşçülərimiz də var. Biz Ukrayna Futbol Assosiasiyasına və
UEFA Hakimlər Komitəsinə məlumat vermişik ki, sağlam düşüncə qalib gələcək".
UEFA qaydalarına görə, mərasim zamanı hakimlə əl sıxmamaq cəza üçün əsasdır.
"A Spor" telekanalında çıxış edən keçmiş hakim Mustafa Çulcu "Mərasim qaydalarına əməl etməlisiniz, ancaq UEFA mütləq cəza tətbiq etməlidir" ifadələrini işlədib.
UEFA indiyədək bu məsələyə səssiz qalıb. "Krivbass" komandası öz intizam komitəsi tərəfindən ittiham olunmayıb. Türkiyə Futbol Federasiyası da hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Slovakiyada keçirilən matçda Arda Kardeşlerə Caner Özaral və Mehmet Emin Tuğral kömək edib.
Ukraynalıların UEFA-dan türkiyəli hakimləri dəvət etməmək istəyinə fərqli cavab verilib. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Avstriyanın "Zalsburq" komandası ilə Ukraynanın "Dinamo Kiyev" komandaları arasında keçiriləcək matçın baş hakimi, lisenziyalı FIFA referisi Xəlil
Umut Mehler olacaq.
Görüş bu gün, avqustun 27-də Türkiyə vaxtı ilə saat 22.00-da Zalsburq stadionunda başlayacaq. Mehlerin köməkçiləri Kerem Ersoy, İbrahim Çağlar Uyarcan, matçın ehtiyat hakimi isə Arda Kardeşler olacaq.
Rəsmiyyə Şərifova
KONKRET.az

İdman       Tarix: 28 avqust 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar xabarlar xankendi son xeber az