Ukraynalı qaçqınlara evlərinə qayıtmaq üçün PUL ÖDƏNİLƏCƏK
Avropa İttifaqı üzv ölkələrə ukraynalı qaçqınları öz vətənlərinə qayıtmağa həvəsləndirmək üçün onlara pul ödəməyi təklif edib.
KONKRET.azxəbər verir ki, təfərrüatlar barədə İrlandiyanın "Irish Examiner" qəzeti yazıb.
Qeyd olunub ki, ukraynalılara Aİ-də 2024-cü ilin martına qədər sığınacaq verilib. Lakin müddətin 2025-ci ilin martına qədər uzadılması da mümkündür. İş tapa bilən və ya təhsil almağa başlayan ukraynalılar yaşayış icazəsi ala biləcəklər.
Bundan əlavə, Aİ ölkələri Kiyevlə birlikdə ukraynalıların reinteqrasiyası proqramını hazırlamaq niyyətindədir.
"Strategiyalardan biri könüllü qayıtmağı təşviq etməyi nəzərdə tutur. Belə ki, miqrantlar vətənlərinə qayıtdıqdan sonra bir müddət maddi dəstək alacaqlar", – məqalədə deyilir.
Bundan əvvəl Almaniyanın daxili işlər naziri Nensi Fezer Avropa İttifaqında sığınacaqla bağlı prosedurların sərtləşdirilməsini təklif edib. Onun fikrincə, miqrasiya siyasəti daha çox qaçqınların sayının məhdudlaşdırılmasına yönəldilməlidir.
Nəşr həmçinin "Ukrainian Action" təşkilatının İrlandiyada keçirdiyi sorğunun nəticələrinə istinad edib. Araşdırmaya görə, ukraynalıların demək olar ki, yarısı – 41 faizi İrlandiyada əbədi qalmağa hazırlaşır. Qaçqınların yalnız 24%-i öz vətənlərinə qayıtmaq istəyir.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi