Ukraynanın birinci xanımı Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür etfi
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edib.
O, təşəkkürünü "Report"un Şərqi Avropa bürosuna eksklüziv müsahibəsi vasitəsilə çatdırıb.
"Səsimizi bütün dünyaya necə çatdıra bilərik? Əlbəttə, hər birimizin əməyi ilə. Müharibənin bizi hansı ölkəyə gətirib çıxarmasından asılı olmayaraq, bu gün hamımız öz mədəniyyətimizin səfirləriyik. Dilimizi, adət-ənənəmizi, musiqimizi, ədəbiyyatımızı özümüzlə daşıyırıq. Mədəniyyətimiz vasitəsilə biz nə üçün mübarizə apardığımızı, nəyin tərəfdarı olduğumuzu və dəyərlərimizin nə olduğunu açıq şəkildə göstəririk. Ona görə də müharibədən əvvəl başladığım layihələr nəinki aktuallığını itirmədi, əksinə, əlavə məna kəsb etdi. Məsələn, artıq 35 ölkədə istifadəyə verdiyimiz dünyanın mədəni görməli yerləri ilə bağlı ukraynadilli audiobələdçilər təkcə turistlər üçün rahatlıq deyil, həm də Ukraynanın və sivil dünyanın ortaq bir dilinin - xalqların dilinin olduğuna işarədir. Bu mədəniyyət dilidir".
Yeri gəlmişkən, belə bələdçilər Azərbaycanda da mövcuddur, mənim təşəbbüsümlə ilk ukraynadilli audiobələdçilərdən biri 2020-ci ilin avqustunda Bakıda Milli Xalça Muzeyində istifadəyə verildi. Bu yaxınlarda biz Qobustan Milli Parkında ikinci audiobələdçimizi istifadəyə verdik. Buna görə diplomatlarımıza və Azərbaycanın Mədəniyyət Nazirliyinə son dərəcə minnətdaram. Arzu edirəm ki, Azərbaycanda növbəti audiobələdçi Heydər Əliyev Mərkəzində ərsəyə gəlsin" - Ukraynanın birinci xanımı əlavə edib. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var