Ukraynanın konkret və kəskin şəkildə Azərbaycanı müdafiə etdiyini görməmişik' - Tural Abbaslı

Ukraynanın konkret və kəskin şəkildə Azərbaycanı müdafiə etdiyini görməmişik' - Tural AbbaslıErmənistanın Azərbaycana növbəti təxribatından sonra bir neçə ukraynalı müğənni Azərbaycandakı konsertini təxirə salıb. Həmin müğənnilər bunu Ermənistanın itkilərinə görə etdiyini bildirib.
Ukraynalı müğənnilərin bu cür addımları Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Ukrayna və Azərbaycan xalqları arasında geniş əlaqələrin olduğu zaman ukraynalı müğənnilərin Ermənistana görə, konsertlərini təxirə salmaları vətəndaşlarımız tərəfindən qəzəblə qarşılanıb. 
Bəs bu cür vəziyyətin ortaya çıxması nə ilə əlaqədardır?
Ağ Partiyanın sədri Tural Abbaslı azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirib. 
O, qeyd edib ki, Ukraynanın konkret və kəskin olaraq Azərbaycanın mövqeyini müdafiə elədiyini görməmişik:
"Bu məsələ düşündürücü hadisədir. Çünki Rusiya-Ukrayna münaqişəsi başlayandan əhalimizin 90 faizi birmənalı olaraq Ukraynanın və Ukrayna xalqının yanındadır. Hətta günün bu günündə belə bir çox insanlarımızının siyasi, ictimai xadimlərin, mədəniyyət xadimlərimizin, bir çoxlarının feysbuk sosial hesablarındakı şəkillərində Ukrayna bayraqları var. Bəziləri Zelenskinin şəklini qoyur. Yəni birmənalı olaraq Ukraynanı dəstəkləyirlər. Hətta Azərbaycan əsilli kifayət qədər şəhid də var ki, Ukraynanın azadlığı uğrunda mübarizə aparırlar, döyüşürlər. Amma təəssüf doğurucu haldır ki, biz Ermənistan-Azərbaycan qarşıdurmasında 44 günlük müharibədən sonra demək olar ki, heç bir halda Ukraynanın konkret və kəskin olaraq Azərbaycanın mövqeyini müdafiə elədiyini görməmişik. Əslində incəsənət xadimlərinin də hərəkətləri bir daha bunu sübut edir ki, Ukrayna xalqı ən yaxşı halda Azərbaycan və Ermənistana bərabər baxır. Bərabər qiymətləndirir". 
Tural Abbaslının sözlərinə görə, Azərbaycan - Ermənistan münaqişəsi uzanarsa, Ukraynadan Azərbaycanın əleyhinə bəyanatlar da ola bilər:
"Biz xalq olaraq, insanlar olaraq, dövlət olaraq bir daha düşünməliyik ki, bir az kompaniyaçılıqdan, dünya trendlərinə uymaqdan kənara qaçmalıyıq. Hər bir millətin, dövlətin özünün maraqları olmalıdır. Bu baxımdan da millətimiz artıq kor-koranə heç kimə inanmasa, yaxşıdır. Hətta mən Azərbaycan və Ermənistan arasındakı bu münaqişə uzanarsa, Ukraynanın bəzi siyasi rəhbərliyindən də Azərbaycanın əleyhinə olacaq bəyanatlar eşitməyimizə də inanıram. Yəni belə hallar da ola bilər. 
Azərbaycanlə Qarabağ qazisinin hələ də Ukraynada həbsdə saxlanılması, hansı ki, Ukraynanın dövlətçiliyi şübhə altındadır, amma guya qanunlar var deyib, bizim qazimizi məhkəmələrdə süründürürlər, həbs təhlükəsi var. Bütün bunları qiymətləndirəndə görünür ki, Ukraynanın Azərbaycana münasibəti, məsələn Mozambikin Azərbaycana münasibəti ilə heç bir fərqi yoxdur. Cibutinin Azərbaycana münasibəti ilə heç bir fərqi yoxdur. Bizim onlara olan münasibətimizə rəğmən onların bizə belə soyuq münasibəti təbii ki, qırıcıdır. Mən əvvəldən də insanlarımızın bu məsələlərə bir az ayıqbaşlı, soyuqqanlı yanaşmalarının tərəfdarı olmuşam". 
"Amma inanmıram burada Qərbin əli olsun. Qərb gəlib ukraynalı müğənnilərə demir ki, get istaqramda, fesbukda ermənilərə dəstək paylaş. Bu, onların içindən gəlir, eyni zamanda da Ukrayna siyasi elitasında da, mədəni-ictimai həyatında da kifayət qədər Ukrayna miqyasında iri fiqurlu ermənilər var. Onların da bu prosesdə təsirləri var" – deyə Tural Abbaslı əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 20 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az cəbhədən son xəbərlər cəbhədən son vəziyyət krimnal xeber