"Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi

Azərbaycan xalqının adət-ənənələri qədim köklərə söykənir. Dahi lider Heydər Əliyev hər zaman adət-ənənələrin misilsiz rolunu yüksək qiymətləndirmişdir.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə - istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olandan sonra   milli-mənəvi dəyərləri ön planda tutaraq siyasət yürütmüşdür. Heç şübhəsiz ki, onun müdriklik fəlsəfəsinin əsasında da məhz Azərbaycançılıq ideyaları dayanır. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin iclasındakı çıxışında  "Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır" fikrini səsləndirən Ümummilli Lider Heydər Əliyev vətəni qorumağın yolunu sadiqlikdə görmüşdür: "Yaşayırıq ona görə ki, torpağımıza, dinimizə, milli ənənələrimizə sadiq olaq. Bu yolda hamımız bir olmalıyıq". Ulu Öndər hər zaman azərbaycanlı olmağı ilə fəxr etmiş, bunu bir çox çıxışlarında fəxrlə səsləndirmişdir. Rəhbər vəzifəyə gəldiyi gündən Azərbaycanın rifahı üçün çalışan dahi lider Heydər Əliyev vəzifələrə təyin etdiyi şəxslərə də azərbaycanlı olduqlarını və bu ada layiq davranmaqlarını vurğulamışdır. Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdə (13 avqust 1993-cü il) demişdir: "Biz hamımız azərbaycanlıyıq,  hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik". Bu ideologiyaya naxələf çıxanların cəzasının ağır olacağını xatırladan Ümummilli lider Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində (2 noyabr 1993-cü il): "Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur" - söyləmişdir.
Ümummilli liderin Azərbaycançılıq məfkurəsi fonunda  qiymətləndirdiyi milli-mənəvi dəyərlərin özü də çoxstukturludur. Belə ki, uzaqgörən liderin çıxışlarında bu dəyərlərin  sütunu üç yerə bölünür: dil, adət-ənənə və din. Hər çıxışında da bu üç məsələnin vəhdəti özünü göstərir: "Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir". 
Ulu Öndər adət-ənənələri yaşatmağı, nəsildən-nəsilə ötürməyi vacib amil hesab etmişdir. "Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır". 
Azərbaycanın milli qəhrəmanları və şəhidlərin ailə üzvləri ilə görüşdə çıxışında (27 dekabr 1993-cü il)  Ulu Öndər   "vətəndaş" sözünün böyüklüyünü, müqəddəsliyini diqqətə çatdıraraq demişdir: "Hər bir vətəndaş öz vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır". 
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının müsbət cəhətlərindən söz açarkən xalqın  qəhrəmanlığını, döyüşkənliyini, eləcə də torpağa bağlılığını dəyərlər sırasında göstərmişdir.  Ermənistan silahlı qüvvələrinin yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində (2 noyabr 1993-cü il) demişdir: "Azərbaycan xalqının potensialı - həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür". Xalqın soy-kökünə, etnopsixologiyasına dərindən bələd olan lider bizim milli kimliyimizdən fəxrlə söz açmışdır: "Bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir". 
Azərbaycanın zəngin beynəlmiləlçilik ənənələrini də yüksək qiymətləndirən Ümummilli Lider Azərbaycanda  bir çox millətlərin nümayəndələrinin yaşadığını qeyd etmiş və bunu Azərbaycanın sərvəti hesab etmişdir: "Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq, onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır.
Torpaqlarımızın işğaldan azad olunmasının yolunu illər öncə bizə göstərən Dahi Lider vurğulamışdır: "Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik, ərazi bütövlüyümüzü təmin edəcəyik". 
44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının həmrəy olaraq zəfər çalması bu fikrin sübutudur. 
                                                          
Səhər Orucova
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru / azxeber.com

Siyasi       Tarix: 06 may 2023
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler xeberler azerbaycan metbuat cəbhədən xəbər