Ümumdünya Şəhərsalma Forumu Azərbaycana nə vəd edir? - Millət vəkillərinin ŞƏRHİ

Ümumdünya Şəhərsalma Forumu Azərbaycana nə vəd edir? - Millət vəkillərinin ŞƏRHİDavamlı inkişaf tempinə görə dünyanın əksər lider dövlətləri ilə yanaşı addımlayan Azərbaycan son 20 ildə bir sıra qlobal səviyyəli tədbirlərə ev sahibliyi etməklə, siyasi, iqtisadi və mədəni mərkəzə çevrilib. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor dövlətimizin başçısı cənab İlham Əliyevin iradəsi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Azərbaycanın yürütdüyü tarazlaşdırılmış siyasi xətt beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməklə dövlətimizə qarşı etimadı daha da artırıb. Habelə xeyli müddətdir bir-birindən mötəbər tədbirləri təşkil etməsi ölkəmizin dünyada sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməsinin növbəti təsdiqidir.
Ümumdünya Şəhərsalma Forumu Azərbaycana nə vəd edir? - Millət vəkillərinin ŞƏRHİBütün bunların məntiqi nəticəsidir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) da bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab olunan bütün müdaxilələrin qarşısını almaqdır. Konfrans çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Azərbaycanın belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsi sözsüz ki, ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaq.
Hər iki ildən bir şəhərsalma sahəsində ən genişmiqyaslı iştirakçılığa malik dünya şəhərlərindən birində baş tutan və aparıcı mütəxəssisləri bir araya toplayan daha bir qlobal platformanın – Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyasının 2026-cı ildə Bakıda keçirilməsinin BMT tərəfindən elan edilməsi də ölkəmizin dünyada artan nüfuzu fonunda yüksək dəyərləndirilməlidir. Belə bir mötəbər tədbirin Azərbaycana həvalə edilməsinə öncə BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında qərar verilib. Bununla bağlı Saziş isə 2023-cü il dekabrın 22-də Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Maimunah Mohd Şərif arasında imzalanıb.
Şübhəsiz ki, bu mühüm platformanın paytaxtımızda gerçəkləşdirilməsi ilə əlaqədar verilən qərar Azərbaycanda şəhərsalma sahəsində uğurların qlobal səviyyədə yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir. Belə ki, son illər ərzində paytaxtımızda və bölgələrdə şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartlar tətbiq edilməklə görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr sosial-iqtisadi inkişafa güclü təkan verib, ölkəmizi bu sahədə dünyanın qabaqcılları sırasına çıxarıb. Hazırda "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən planlı və sürətli tikinti-quruculuq işlərini də nəzərə alsaq, WUF-un Azərbaycanın öz nailiyyətlərini və şəhərsalma ilə bağlı qabaqcıl təcrübəsini nümayiş etdirmək baxımından vacibliyi də xüsusi vurğulanmalıdır. Məlumat üçün bildirək ki, buna qədər, yəni 2022-ci ildən etibarən Azərbaycanda Milli Şəhərsalma Forumunun keçirilməsinə başlanılıb və bu təşəbbüs də müasir şəhərsalma siyasətinin öyrənilməsi və yerli təcrübənin xarici mütəxəssislərlə bölüşdürülməsi baxımından ilkin zəmin rolunu oynayır.
2026-cı ildə Bakıda reallaşdırılacaq Ümumdünya Şəhərsalma Forumuna gəldikdə isə artıq tərəflər arasında imzalanan "Ev Sahibi Ölkəyə dair Saziş" Milli Məclisin sonuncu iclasında müzakirəyə çıxarılaraq təsdiq edilib.
KONKRET.az Forumun əhəmiyyəti ilə bağlı millət vəkilərinin fikirlərini öyrənib.
MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib ki, belə bir qlobal xarakterli tədbirin ölkəmizdə keçirilməsi qərarına Azərbaycan ardıcıl və məqsədyönlü addımlarla nail olub.
Ümumdünya Şəhərsalma Forumu Azərbaycana nə vəd edir? - Millət vəkillərinin ŞƏRHİ    Sahib Alıyev
"Ağdamda və Zəngilanda keçirilən Milli Şəhərsalma Forumları, Bakıdakı Ümumdünya Məskunlaşma Günü burada az rol oynamadı. Xatırladım ki, Ağdamda keçirilən Milli Şəhərsalma Forumuna 44 xarici ölkədən 130-dan çox, Zəngilandakında isə 54 ölkədən 400 təmsilçi qatılmışdı. Onlar bir tərəfdən Azərbaycanın dünya şəhərsalma mədəniyyətinə gətirdiyi yenilik, verdiyi töhfələrlə tanış oldularsa, digər tərəfdən Ermənistanın Ağdam və Zəngilan da daxil olmaqla işğal etdiyi ərazilərdə törətdikləri urbisid, kultursid və ekosidi öz gözləri ilə gördülər".
Sahib Alıyev Forumu ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından da vacib hesab edib: "Baxın, 2022-ci ildə Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumuna 20 mindən çox mütəxəssis qatılmışdı. Burada qabaqcıl təcrübə mübadiləsini və digər məsələləri bir qırağa qoysaq, bir o qədər adamın 2026-cı ildə Azərbaycana gəlişi ölkəmizin və bizə düşmən kəsilənlərin tanıdılması baxımından, bilirsiniz, nə dərəcədə önəmlidir?! Həm də burada söhbət təkcə Ermənistandan getmir, onu öz sivilizasiyasından sayanlardan, vandallıqlarına göz yumanlardan gedir. Yəni erməni vəhşilikləri Foruma qatılanlara göstəriləcəksə, faktlar bu cinayətlərə göz yumanların da gözlərinə soxulacaq. Fransanın, eləcə də bəzi beynəlxalq qurumların ölkəmizə qarşı ikili standartlardan çıxış edərək ədalətsiz davranmaları bir daha üzə çıxacaq. Qısası, hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını, bu yöndə qabaqcıl təcrübəni təşviq edən qlobal platforma rolunu oynayan bir Forumun ölkəmizdə keçirilməsi həm siyasi, həm də praktik baxımdan bizim üçün yetərincə önəmli bir məsələdir".
Deputat Cavanşir Feyziyev də belə bir Forumun Azərbaycanda keçirilməsini mühüm hadisə adlandırıb:
Ümumdünya Şəhərsalma Forumu Azərbaycana nə vəd edir? - Millət vəkillərinin ŞƏRHİ   Cavanşir Feyziyev
"WUF təsis olunduğu ildən dünyanın aparıcı şəhərləri bu tədbirə ev sahibliyi etmək üçün yarışır. Bakı da bu müsabiqəyə qoşularaq, 2026-cı ildə tədbiri həyata keçirmək hüququ əldə edib. Dünyamiqyaslı belə bir Forumun ölkəmizdə keçirilməsi bizim üçün çox əhəmiyyətlidir. Bu, ilk növbədə, Azərbaycanın şəhərsalma və məskunlaşdırma fəaliyyətində müasir standartlara əsaslandığının göstəricisidir. Bununla bağlı Azərbaycanın dünyaya təqdim etmək üçün kifayət qədər nailiyyətləri var. Son 20 ildə Bakıda müasir texnologiyalar əsasında aparılan tikinti işləri, ən başlıcası isə işğaldan azad olunmuş bölgələrimizdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında geniş vüsət alan abadlıq-quruculuq işləri şəhərsalma fəaliyyəti ilə məşğul olan beynəlxalq qurumlar üçün olduqca maraqlıdır. Forumda dünyanın çoxsaylı ölkələrindən mütəxəssislər iştirak edəcək və şəhərsalma fəaliyyəti ilə bağlı yeni konsepsiyalar müzakirə olunacaq. Odur ki, bizim mütəxəssislər üçün də bu tədbir böyük maraq kəsb edir".
C.Feyziyevin fikrincə, tədbir siyasi-diplomatik cəhətdən də böyük mahiyyət daşıyır: "Belə ki, bəzi Avropa siyasətçilərinin ölkəmizi beynəlxalq aləmdən təcrid etməyə çağırdığı bir zamanda BMT ilə Azərbaycan arasında belə bir Sazişin imzalanması və nəticədə ölkəmizin qlobal əməkdaşlıq sferasının daha da genişlənməsi bu cür çağırışlara ən tutarlı cavabdır. Bu baxımdan 13-cü Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsini xarici siyasət və diplomatiya sahəsində də böyük uğur hesab etmək olar".
Xatırladaq ki, WUF 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünyanın üzləşdiyi ən aktual problemlərdən biri olan sürətli urbanizasiya və onun şəhərlərə, iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirini tənzimləmək məqsədilə təsis olunub. Forum çərçivəsində baş tutan sessiyalarda urbanizasiyanın bütün aspektləri ilə məşğul olan minlərlə iştirakçı şəhərlərin necə qurulduğu, planlaşdırıldığı və idarə edildiyi barədə təcrübə və biliklərini bölüşmək imkanı qazanır.
2026-cı ildə Bakıda baş tutacaq 13-cü Sessiya isə Cənubi Qafqazda ən böyük tədbirlərdən birinə çevriləcək. Tədbir maraqlı tərəflər, o cümlədən dövlət rəsmiləri, QHT nümayəndələri, şəhərsalma mütəxəssisləri və ekspertlər, həmçinin özəl sektor nümayəndələri arasında fikir və təcrübə mübadiləsi üçün unikal imkan yaradacaq.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 11 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"

"ABŞ İranla münaqişənin həlli ilə bağlı imzalanmış memorandumun iki bəndini pozub və Tehran hər bir pozuntuya cavab verəcək". xəbər verir ki, bunu İranın Ali Rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzay

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterl

TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moldova və Ermənistanın hazırkı xarici siyasət kursu ilə bağlı kəskin bəyanat yayıb. xəbər verir ki, Medvedev Qərb hərbi blokunun Rusiya sərhədlərinə yaxınlaşma

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

Gələn həftə AB ilə bu xəbəri elan edəcəyik - Paşinyan

Ermənistan və Avropa Birliyi gələn həftə Ermənistan kənd təsərrüfatı məhsullarının AB-yə idxal prosedurunun sadələşdiriləcəyini elan edəcəklər. xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildiri

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari

Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadası və Sevastopolda fövqəladə vəziyyətin elan olunması Rusiya–Ukrayna müharibəsinin gedişində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə enerji və yanacaq infrastrukturun

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. xatırladır ki, Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərb

İrandan daha bir Hörmüz açıqlaması

Hörmüz boğazından təhlükəsiz keçid qeyri-müəyyən planlar, alternativ marşrutlar və ya sahilyanı dövlət kimi İranın fikirləri nəzərə alınmadan qəbul edilən qərarlar vasitəsilə təmin oluna bilməz. KONKRET.azxəbər verir ki

Rusiya Moldovaya NOTA VERDİ

Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, səfirə Moldovanın Vyana Konvensiyasını kobud şəkildə pozması səbəbindən verbal nota təqdim edilib


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az bugünkü son xəbərlər oxu.az xeberler son xeberler bugun 2026 azerbaycan