Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibMüasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, bu günki qələbələrimiz və nailiyyətlərimizin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan RİH başçısı qeyd edib ki, bütün bu nailiyyətlərimizin dərin özüllərini, əsasını məhz Ümummilli Lider Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını təmin edib. Bildirilib ki, illər ötdükcə Ümummilli Liderin müəyyən etdiyi siyasi kursun və inkişaf strategiyasının nə qədər ətraflı düşünülmüş, uzaqgörən və xalqımız üçün səmərəli olduğunun bir daha şahidi oluruq. Məhz bu siyasi kurs sayəsində ölkəmizdə müstəqilliyimizin dayaq sütunları, milli-ideoloji əsasları möhkəmləndi, suveren dövlətçilik institutlarımız yaranaraq möhkəmləndi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın hər il daha böyük əhəmiyyətə malik uğurlar qazandığını vurğulayan RİH başçısı bildirib  ki, hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri də  onun ərazi bütövlüyüdür. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən Müharibəsində qazanılan şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Hazırda bu gün də dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü, ərazilərin  hüdudlarının dəqiqləşdirildiyini, bir güllə atılmadan kəndlərimizin geri qaytarıldığını vurğulayan RİH başçısı bütün bunların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik qələbəsi olduğunu qeyd edib. 
RİH başçısı bildirib ki, bu il Azərbaycanı bir dövlət kimi məhv olmaqdan hifz edən, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramı ifadə etmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaranan Heydər Əliyev Fondunun fəaliyyətinin 20 illiyidir. Qeyd edilib ki, bu illər ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının Ulu Öndəri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin mənəvi irsinin öyrənilməsində, təbliğində və ideyalarının yaşadılmasında, bu ideyaların həyata keçirilməsində misilsiz fəaliyyət göstərməkdədir. Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xeyirxah, nəcib, maarifləndirici və inkişafa yönəlik layihələrlə xalqımızın sevgisini qazanan Fond insanlarda ümid, nicat məbədinə çevrilmişdir. Fond bu müddət ərzində təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər geniş spektrli sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondu tərəfindən həm respublikamızın dörd bir yanında, həm də ölkə xaricində həyata keçirilən sosial layihələr, inşa və əsaslı təmir olunan təhsil və ictimai-mədəni ocaqlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış, bu layihələrin bundan sonra da davam etdirilməsi arzulanmışdır.
Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, "Şəfəq" qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi, Vətən Müharibəsi şəhidi İlqar Bürcəliyevin atası Vüqar Bürcəliyev çıxış edərək bildiriblər ki, yeni inkişaf yolu tutan respublikamızda Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, hərtərəfli düşünülmüş siyasi strategiyası sayəsində çox böyük və əhəmiyyətli uğurlar qazanıb. Azərbaycan dövləti əbədi yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirib. Qeyd edilib ki, Azərbaycan xalqı son yarıməsrlik tarixində nə nailiyyət əldə edibsə, onların müəllifi birmənalı olaraq Heydər Əliyevdir və onun dövlət fəaliyyətində bu gün də əhəmiyyətini qoruyan ideyalarıdır. Çıxışçılar vurğulayıblar ki, cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçiləndən bu günə qədər dayanıqlı inkişafın təmin olunması, vətəndaşların rifahının yüksəldilməsi, dövlətimizin dünya dövlətləri arasında nüfuzunun artırılması, müstəqil siyasət yürüdülməsi, Azərbaycanımızın ümumi tərəqqisinin əldə olunması dövlət siyasətinin mütləq prioriteti oldu. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında suverenliyimiz istiqamətində görülən işlər, atılan bütün addımlar və dövlətimizin inkişafı yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycan dünyada qalib, azad, güclü, milli maraqlarını ən yüksək səviyyədə qoruyan və prinsipial ölkə kimi tanınıb.
Tədbirin sonunda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təqdim olunub. 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilibÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib/ azxeber.com

Sosial       Tarix: 10 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər meherremlik 2026 cəbhədən görüntülər en yeni xeberler