Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdürBu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.
azxeber.com xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Siyasi     Baxılıb: 395   Tarix: 10 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya ilə bağlı qərar veriləcək — TARİX

ABŞ administrasiyasının rəsmiləri yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirəyə çıxaracaq, yekun qərarı prezident Donald Tramp verəcək. xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şuranın rəhbər

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?

Zəngəzur dəhlizinin Azərbaycan ərazisi üzrə işlərin gələn il tamamlanması nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlər

Aleksey Overçuk: "Ermənistana münasibətdə iqtisadi siyasətimizi yenidən qiymətləndirməliyik"

Ermənistanın Aİ ilə inteqrasiya perspektivləri barədə müstəqil qərar qəbul etmək hüququ var, lakin İrəvanda başa düşməlidirlər ki, bu, Rusiya ilə ticarətdə prinsipial olaraq fərqli tarif rejimi deməkdir. xəbər verir ki, b

Ermənilərin İranda konserti gerçəkləri gün üzünə çıxardı

Ötən şənbə günü İranda Ermənistan milli filarmoniya orkestrinin konserti baş tutub. Orkestrin 100 illiyinə həsr olunmuş konsert İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərinin yaxınlığında yerləşən və qədim Əhəməni, yaxu

Bu ölkəyə hücum olacaq, Rusiya-NATO müharibəsi başlayacaq... - SENSASİON DETALLAR

Rusiyanın PUA-lar vasitəsilə Polşanın hava məkanını pozması beynəlxalq arenada ciddi rezonans doğurub. Bəs, Polşanın hava məkanını pozan PUA-ların məhv edilməsi NATO–Rusiya qarşıdurmasının yeni gərginlik mərhələsinə işar

Putin Polşaya bu səbəbə görə hücum etdi

Rusiyanın Polşaya hücumunun iki məqsədi görünür: Birincisi, bunu "yoxlama atışı" kimi qiymətləndirmək olar. Ukrayna ətrafında "müharibə və müzakirə" mərhələsinin getdiyi vaxt Moskva Qərbin nəbzini yoxlamağ

Zelenskinin Moskva ilə bağlı açıqlaması narazılıq yaratdı

"Ukraynadakı müharibə yalnız iki yolla bitə bilər: ya Kiyevin məğlubiyyəti, ya da kompromislə". xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, "Arti Qrin" təxəllüsü ilə tanına

Rusiya iqtisadiyyatı azalmağa davam edir

Rusiya iqtisadiyyatı kəskin azalmağa davam edir. xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin ilk yeddi ayında artım Mərkəzi Bankın 1-2% proqnozunun aşağı həddinə yaxın olub. "İqtisadçıla

Azərbaycan-Özbəkistan əməkdaşlığı genişləndirilir – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və özbəkistanlı həmkarı Bəxtiyor Saidov telefon danışığı zamanı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. xəbər verir ki, bu barədə Özbəkistan XİN başçısı "X"d


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber en son xeberleri valyuta məzənnələri oxu.az xeberler