"Ümummilli Liderin hakimiyyətə gəlməsi ilə ölkədə stabillik yarandı

"Cənab Prezident tamamilə doğru söylədi ki, Laçın həmin zaman kəsiyində hakimiyyət uğrunda mübarizənin qurbanı oldu. Bir tərəfdən Ayaz Mütəllibovun səriştəsiz hakimiyyəti onun Azərbaycan içərisində dayaqlarını tamamilə sarıtmışdı. Xocalı soyqırımı da artıq son damla oldu və ayağa qalxan xalq onu hakimiyyətdən uzaqlaşdırdı". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Laçının işğal dövründən danışarkən deyib.
Deputat əlavə edib ki, sonradan yenidən hakimiyyətə qayıdan və qayıtdığı kimi də yenidən hakimiyyətdən uzaqlaşdırılan Ayaz Mütəllibovdan sonra faktiki olaraq ölkə idarəolunmaz bir vəziyyətə düşdü:
"Xüsusi olaraq, hakimiyyətə can atan Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü erməni işğalçılarına qarşı mübarizə aparmadı, Laçını müdafiə etmədi, Laçın da son dərəcə ciddi strateji əhəmiyyət kəsb edən yer idi, çünki Ermənistanı Qarabağla birləşdirən yeganə yol Laçından keçirdi. Burada ermənilərin qarşısını almaq almaq olardı. Ən azı Laçınla Ermənistan arasındakı dağ yolunu adi amunalla partlatmaq mümkün idi ki, əlaqə kəsilsin və separatçılara kömək olmasın. Bu da edilmədi və oradakı müdafiə dəstələri də Bakıya dəvət olundu. Onlar da artıq Bakıda cəmləşdi ki, hakimiyyət uğrunda gedən mübarizənin bir hissəsinə çevrilsinlər və onlardan istifadə olunsun. 
Deputat deyib ki, Laçının işğalı ilə Azərbaycan çox ciddi itkilərə məruz qaldı: 
"Ondan sonra Ermənistan Azərbaycanın ərazisini kütləvi şəkildə işğal etmək üçün bütün imkanları əldə etdi. Nəticə etibarilə, 1993-cü ildə Kəlbəcərin işğalından sonra bir neçə ay ərzində faktiki olaraq ermənilər demək olar ki, Qarabağı və Şərqi Zəngəzuru Kəlbəcər də daxil olmaqla tam işğal edə bildilər. Cəmi bir il ərzində AXC-Müsavat cütlüyü atmış olduqları addımın, yəni Laçını azad etmək əvəzinə hakimiyyət uğrunda mübarizə apararaq ermənilərə geniş imkan yaratmaqla özlərinin hakimiyyətdən çox qısa zaman ərzində getməsini təmin etdilər. Səriştəsizlik, bacarıqsızlıq, hərc-mərclik, anarxiya, vahid komandanın olmaması Azərbaycana böyük faciələr yaşatmağa başladı". 
Fəzail Ağamalı qeyd edib ki, işğal edilən bütün ərazilər və Laçın kimi ciddi strateji əhəmiyyət kəsb edən rayonumuz da Cənab İlham Əliyevin rəhbərliyi altında Vətənimizə qovuşdu:
"Artıq 92-ci ildən keçən zaman kəsiyində, yəni 28 ildən sonra Azərbaycan Silahlı Qüvvələri bütün ərazilərimizi, eyni zamanda Laçını da işğaldan azad etdi. Xüsusi olaraq əhəmiyyəti tərəfi onda idi ki, Laçını da Kəlbəcər və Ağdam kimi şəhid vermədən azad etdik. Nəhayət, Laçının yolu kəsildikdən sonra Laçın şəhərindən keçən həmin yol Ermənistanla Azərbaycan arasındakı keçid yolu kimi ləğv edildi və Laçın şəhərində sözün həqiqi mənasında Azərbaycan bayrağı dalğalanmağa başladı. Bunu sona çatdıran Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev oldu. İşğal olunmuş olan bütün torpaqlar, eyni zamanda Laçın kimi ciddi strateji əhəmiyyət kəsb edən rayonumuz da Cənab İlham Əliyevin rəhbərliyi altında Vətənimizə qovuşdu. Bu, Ali Baş Komandanın birbaşa xidməti, onun rəhbərliyi altında həyata keçirilən Ermənistana qarşı 44 günlük müharibənin şanlı bir səhifəsi idi".
"44 günlük Vətən müharibəsi və bu savaşda qazandığımız şanlı qələbə bizi daha da böyütdü. Bu, bizim dünyada son zamanlar donmuş münaqişənin həll edən bir dövlət, xalq olaraq həm populyarlığımızı artırdı, həm inkişafımızı göstərdi və təbii ki, burada Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin yürütdüyü çox müdrik, düşünülmüş həm daxili, həm də daxili siyasət əsas fakt sayılmalıdır". 
Bu sözləri isə azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, biz artıq işğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa, quruculuq işləri görürük:
"O cümlədən, bizim azad olunmuş ərazilər içərisində ən səfalı, ən gözəl və strateji olaraq ən vacib rayonlardan biri də Laçın rayonudur. Cənab Prezident 2021-ci il sentyabrın 21-də Laçın şəhərində ölkəmizin bayrağını ucaltdı. Bu günlərdə də Laçınla bağlı çox vacib və önəmli fikirlər söylədi. Qeyd olunmalıdır ki, Laçın əvvəlki dövrdə - antimilli və sərişdəsiz, dağıdıcı ünsürlərin hakimiyyəti dövründə işğal olundu və işğal altında olan zaman hələ ən qaynar fazada Bakıda vəzifələrin bölüşdürülməsi uğrunda mübarizə gedirdi və ümumiyyətlə, xalqın, dövlətin gələcəyi ilə bağlı heç bir konsepsiya proqramının olmaması bizi çox böyük bəlalara düçar etdi". 
Vüqar İskəndərov deyib ki, Ümumilli Liderimizin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə stabillik yarandı, əsrin müqaviləsi imzalanmaqla və düzgün iqtisadi proqramla ölkəmizdə həm də iqtisadi irəliləyişlər baş tutdu:
"Ölkəmiz hərtərəfli inkişaf mərhələsinə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz yeni çağırışlara cavab verən, dayanıqlı daxili və xarici siyasətlə dünya çapında artıq tanınmış bir ölkəyə çevrilib. Biz hazırda öz gücümüzün, iqtisadi potensialımızın, insan resurslarımızın saysəində bu gün həmin bölgələrimizdə çox qlobal layihələr həyata keçiririk. Laçın da, bəlkə də tamamilə bərpadan və yenidən qurulandan sonra hətta bölgənin ən gözəl şəhərlərindən birində çevriləcək. Düşünürəm ki, artıq bununla bağlı konkret proqram var. Laçında hava limanının da inşa edilib istismara verilməsindən sonra onun hərtərəfli potensialı üzə çıxacaq. Laçın elə bir coğrafi ərazidə yerləşir ki, çox vacib strateji əhəmiyyət daşıyır və öz keçmiş şöhrətini yenidən özünə qaytararaq daha da yeni inkişaf mərhələsinə qədəm qoyacaq".
"Təbii ki, laçınlılar öz doğma rayonlarına, kəndlərinə qayıdaraq orada layiqli, firavan həyat sürəcəklər. Bunun üçün ölkə başçısının konkret proqramları mövcuddur və müvafiq dövlət qurumlar, özəl şirkətlər hər biri Laçın və digər işğaldan azad olunmuş şəhər və rayonlarda, kəndlərdə böyük bərpa və quruculuq işləri işə məşğuldurlar. Eyni zamanda digər dost dövlətlərin də şirkətləri burada çalışır. Hər biri bizim bölgələrimizi dünyanın ən müasir və eyni zamanda klassik görkəmini saxlamaqla infrastrukturlar layihələri icra edir", - deyə deputat əlavə edib.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği – "Heydər Əliyev İli" mövzusunda dərc edilib.

Siyasi       Tarix: 03 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri ensonxeberler xəbər xeberler bu qun