UNESCO erməniçiliyinə TƏRS ŞİLLƏ - Mehriban Əliyevanın MƏKTUBUNDAN

UNESCO erməniçiliyinə TƏRS ŞİLLƏ - Mehriban Əliyevanın MƏKTUBUNDAN"Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir".
KONKRET.az xəbər verir ki, bunu UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura deyib.
Noyabrın 15-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırıb və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri Odri Azuleyə ünvanlanan məktubunda məlumat verib. Bu, təşkilatın Azərbaycana qarşı nümayiş etdirdiyi ikitərəfli yanaşmaya diplomatik etirazdır.
Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyətinə qısa nəzər salaq:
– Muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib;
– Çövkən, yəni Azərbaycanda ənənəvi atüstü oyun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib;
Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilib:
– 2005-ci il iyunun 9-da Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunub;
– Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci ildə Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyevaya mükafat verilib.
– 2007-ci ilin mayında Mehriban xanım Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına, 2009-cu ildə Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeninə, 2010-cu ildə Fransanın "Şərəf Legionu" ordeninə, 2012-ci ildə Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının "Hilal-e Pakistan" ali ordeni, martın 26-da isə Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə bu ölkənin yüksək dövlət mükafatı olan "Sreten" ordeni ilə təltif edilib;
– Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban xanım Əliyeva "2014-cü ilin Ən nüfuzlu qadını" adına layiq görülüb;
–  "The Business Year" şirkəti Mehriban xanım Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görüb;
Qeyd edək ki, UNESCO-nun mübahisə doğuran addımlarına görə ABŞ və İsrail təşkilatdan çıxıb. Azərbaycana qarşı təşkilatın təhrif dolu yanaşması Qarabağla bağlıdır. Bunu Odri Azulenin fransız olması, Fransanın isə ermənipərəstliyi ilə də izah etmək olar. Belə ki, II Qarabağ savaşı və atəşkəs haqqında üçtərəfli bəyanatdan sonra UNESCO erməni sifarişlərini yerinə yetirməyə başlayıb. 20 noyabr 2020-ci il tarixli mətbuat konfransında UNESCO tərəfindən "əhəmiyyətli mədəni sərvətlərin ilkin inventarizasiyasını aparmaq üçün müstəqil ekspertlərdən ibarət nümayəndə heyətinin yaradılması" təklif edilib. Rəsmi Bakı təşkilata tərəf saxlamama kimi bir vəzifəsinin olduğunu xatırladaraq Qarabağda mədəni irsin qorunmasını siyasiləşdirməməyi tövsiyə edib. Halbuki işğal dövründə Azərbaycan tərəfinin beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması istiqamətində dəfələrlə çağırışlar etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət 30 il vəziyyətə biganə yanaşıb və erməni tərəfinin razılığı olmadığına görə UNESCO-nun heç bir nümayəndə heyəti Qarabağa ayaq basmayıb. Hər halda araşdırma üçün, yoxsa Qarabağa qanunsuz səfər edən ermənipərəst avropalılar çox olub.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırması onların fəaliyyətsizlik, yaxud erməniçiliyinə tərs şillə oldu.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 16 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər qarabag krminal bu gun xeberler az