Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib

Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyibUnibank 2025–2029-cu illəri əhatə edən genişmiqyaslı Dayanıqlılıq Strategiyasını və ona əsaslanan Dayanıqlılıq Siyasətini təsdiq edib.
azxeber.com xəbər verir ki, bu sənədlər bankın milli prioritetlərə, beynəlxalq ESG standartlarına və bazar trendlərinə uyğun uzunmüddətli dəyər yaratmaq məqsədi daşıyan fəaliyyət istiqamətlərini əhatə edir. Strategiya, dayanıqlı maliyyə sahəsində beynəlxalq qabaqcıl təcrübələrə uyğunluğun təmin edilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən nəzərdən keçirilib.
Sənədin hazırlanması yaşıl iqtisadiyyatın təşviqi, COP29 və Paris Sazişi çərçivəsində iqlim öhdəlikləri, həmçinin "Azərbaycan 2030" Milli Prioritetləri fonunda bank sektorunun artan rolu ilə əlaqədar aktuallıq qazanıb. Bununla yanaşı, Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsində verdiyi tövsiyələr və beynəlxalq tərəfdaşların gözləntiləri nəzərə alınaraq, Unibank bu istiqamətdə sistemli və strateji yanaşmanı əsas götürüb.
Strategiya beş əsas istiqamət üzrə formalaşdırılıb: korporativ idarəetmə və mədəniyyət, dayanıqlı maliyyə məhsulları, risklərin idarə edilməsi, maraqlı tərəflərlə əməkdaşlıq və şəffaflıq. Hər bir istiqamət bankın ESG hədəflərinə uyğundur və 6 Dayanıqlı İnkişaf Məqsədinə birbaşa və dolayı töhfə verməyi hədəfləyir. Eyni zamanda Unibank dayanıqlılığın korporativ idarəetməyə inteqrasiyası üzrə qabaqcıl beynəlxalq təcrübə və tövsiyələr əsasında institusional strukturu formalaşdırıb. Müşahidə Şurası və İdarə Heyəti səviyyəsində müvafiq komitələr yaradılıb, strategiyanın icrasına nəzarət və koordinasiya mexanizmləri müəyyən edilib.
Unibank artıq bu istiqamətdə konkret addımlar atmağa başlayıb. 2024-cü ildə bank ölkədə ilk dəfə beynəlxalq standartlara uyğun yaşıl istiqraz emissiyasını həyata keçirib. Həmçinin, qabaqcıl beynəlxalq təcrübəni əsas götürərək, yaşıl və sosial layihələrin seçilməsi, dayanıqlı maliyyə alətlərinin gəlirlərinin istifadəsi və onların açıqlanması ilə bağlı əsas prinsipləri müəyyən edən Dayanıqlı Maliyyə Çərçivəsi hazırlanıb və 19 iyul 2024-cü il tarixində Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Strategiyanın icrası barədə məlumatlar "Unibank"ın rəsmi saytında dayanıqlılıq məsələlərinə həsr olunmuş hissədə mütəmadi olaraq paylaşılacaq.
Ətraflı:  

İqtisadiyyat       Tarix: 18 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son dəqiqə cəbhədən görüntüleri kriminal bugun sonxabar az