Unibank 22.000.000 manat xalis mənfəət əldə edib

Unibank 22.000.000 manat xalis mənfəət əldə edib"Unibank" KB ASC 2023-cü ilin üçüncü rübünün yekununda cəmi gəlirlərini rekord həddə çatdırıb.
azxeber.com xəbər verir ki, bankın cəmi gəlirlər ötəni ilin uyğun dövrü ilə müqayisədə 43 % artaraq, 233 milyon manata çatıb. Dövr ərzində bankın xərclərində daha aşağı – 23 %-lik artım qeydə alınıb. Bunun nəticəsində isə 30 sentyabr tarixinə Bankın əməliyyat mənfəəti ötən ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq, 49 milyon manata çatıb. Ümumi gəlirlilik səviyyəsinin artması, üçüncü rübün sonuna əldə edilən xalis mənfəətin kəskin artımına imkan yaradıb. Unibank bu ilin ilk 9 ayını 22 milyon manat xalis mənfəətlə başa vurub.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov üçüncü rübü bank üçün məhsuldar dövr hesab edir: "İlin əvvəlindən qeydə alınan sabit və davamlı inkişaf,  bu rübün nəticələrində də özünü göstərib. Bankın bazar mövqeyini qoruyub saxlamaq və daha da inkişafı fonunda xalis mənfəətin ciddi artımı, kapital mövqeyinin möhkəmləndirilməsi, biznesin maliyyələşdirilməsində və depozit portfelinin həcmində qeydə alınan nəzərəçarpan artım, ilin ilk 9 ayının bizim üçün müsbət tendensiyada davam etdiyinin göstəricisidir. Başa vurduğumuz rüb ərzində "Unibank"ın bazar üçün kifayət qədər cəlbedici gəlirli manat istiqrazlarının uğurla yerləşdirilməsi də əhəmiyyətli hadisələrdən biri oldu. Bu müsbət yekunlar, 2023-cü ilin Bank üçün uğurlu layihələrin icrası ilə yadda qalacağına və planlaşdırılan nəticələrin əldə olunacağına əminliyi artırır".
Dövr ərzində Bankın kapital mövqeyi sabit, inkişaflı qalmaqda davam edib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 3-cü rübü ilə müqayisədə 25 % artaraq, 152 milyon manat olub. Bu ciddi artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12.69 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 528  milyon manata çatıb.  
Bankın artıq milyard manatı ötən kredit portfeli üçüncü rüb ərzində bir qədər də artaraq, 1 milyard 47 milyon manata çatıb. Bu həm də 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 19 % artım deməkdir. Portfelin strukturunda biznes kreditlərinin payı bir qədər də çoxalıb. Biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 16 % artaraq 323 milyon manata yaxın olub. Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 35 % artaraq, 163 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı,  sürətli kreditin verilməsi və digər üstünlüklər "Unibank"ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib.  Bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 28 % artıb.  Aktiv Mikro, KOS və İri müştərilərin sayındakı artım isə ötən ilin üçüncü rübünün sonu ilə müqayisədə  36% təşkil edib. Biznes müştərilərinin "Unibank"ı seçməsinin əsas səbəblərindən biri də bankda əksər məhsul və xidmətlərin rəqəmsal olaraq təqdim olunmasıdır. Hazırda bütün biznes kreditlərinin ayrılması ilə bağlı qərarların 60%-i avtomatlaşdırılmış sistem vasitəsi ilə verilir.
Bankın ümumi depozit portfeli də 1 milyardlıq rekord hədd üzrə artmaqda davam edir. İlk 9 ayın nəticələrinə görə, depozit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 31 % artaraq, 1 milyard 124  milyon manatı ötüb. Təkcə tələbli depozitlərin məbləğində artım isə 39,7 %-i keçib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 2 dəfə artaraq, 6 milyard  manatı ötüb. 
Cari hesab qalıqlarındakı vəsaitin həcmində isə ötən ilin eyni dövrü ilə müqayisədə 40 %-lik  artım qeydə alınıb. Aktiv kart müştərilərinin qeydə alınan artım faizi isə 35 %-i keçib. Son dövrlərdə Bankın məhsul və xidmətlərindən rəqəmsal kanallar vasitəsilə istifadə edən müştəri sayında da ciddi artım var. Hazırda bankın rəqəmsal kanallarından istifadə edən müştərilərin sayı 1 000 000 nəfəri ötüb. 
 Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada bank xidmətlərinin əlçatanlığını artımaq üçün 2022-ci ildə Leobank layihəsini bazara təqdim etmişdir. 31 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  
Unibank-Sənin Bankın!

İqtisadiyyat       Tarix: 12 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler son xeber az cəbhədən son məlumatlar bu gunun xeberleri