Unibank İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib

Unibank İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edibMərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri başa çatıb.
azxeber.com xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən səfərdə Unibank İdarə Heyətinin sədri Fərid Abuşov da iştirak edib.  
Unibank sədri müstəqil Azərbaycan bankçılığı tarixində ABŞ-yə edilən ilk geniştərkibli işgüzar səfərin yüksək əhəmiyyət daşıdığını bildirib:"Bu hadisə Azərbaycan-ABŞ arasında bank əlaqələrinin inkişafında mühüm mərhələ oldu. Səfərin əsas məqsədi bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək, iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında əməkdaşlığın inkişafına töhvə vermək idi. Hesab edirəm ki, səfər çox məhsuldar keçdi. Müxtəlif mövzularda təqdimatlar edildi, bank sektoruna dair müasir həllər, biznes, maliyyə, bank sektoru ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Keçirilən görüşlərdə iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı və daha da möhkəmləndirilməsi məsələlərinə xüsusilə toxunuldu".
Azərbaycanın Bankçılıq Missiyasının ABŞ səfəri çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Səfər müddətində ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında görüş olub, eləcə də "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla keçirilən görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub. 
Görüşlərdə bank sektorundakı qlobal trendlərə, müasir çağırışlara xüsusi diqqət yetirilib. Mövcud imkanlar, böyük layihələrin birgə maliyyələşməsi imkanları, süni intellektin bank əməliyyatlarında tətbiqi və digər mövzularda müzakirələr aparılıb. 

İqtisadiyyat       Tarix: 29 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az bu gun valyuta xeberlər iqtisadiyyat xeberleri bugun