Unibank MDB istiqraz bazarının ən yaxşı iştirakçılarından biri seçilib

Unibank MDB istiqraz bazarının ən yaxşı iştirakçılarından biri seçilibUnibank Cbonds Awards CIS-2023 nominasiyasının qalibi seçilib.
MDB ölkələri üzrə istiqraz bazarında ölkələrin ən yaxşı iştirakçılarına verilən mükafatın bu il 14 qalibi olub. Azərbaycandan yeganə olaraq Unibank və bankın törəmə şirkəti olan "Unicapital" İnvestisiya Şirkəti nominantlar siyahısında yer alıb. "Unibank"ın Azərbaycan qiymətli kağızlar bazarının aktiv iştirakçılarından olması, yüksək gəlirli və alıcılar tərəfindən böyük maraqla qarşılanan istiqraz buraxılışları həyata keçirməsi, MDB İstiqraz Konqresi tərəfindən yüksək dəyərləndirilib.
Qeyd edək ki, MDB İstiqraz Konqresi MDB ölkələri və digər inkişaf etməkdə olan ölkələrin borc bazarı mütəxəssislərini bir araya gətirən illik tədbirdir. Əsas müzakirə mövzuları yerli istiqraz bazarlarında mövcud tendensiyalar, avrobond bazarının inkişaf perspektivləri, makro proqnozlar və regionlarda investisiya ideyalarıdır. Konqresin mükafatlandırma mərasimləri 2014-cü ildən etibarən hər il keçirilir.
Unibank builki nominasiyaya ötən ilin noyabrında buraxılan dollar istiqrazlarına görə layiq görülüb. "Azərbaycanda ilkin yerləşdirmə üzrə ən yaxşı əqd" kimi dəyərləndirilən bu emissiya çərçivəsində illik faiz dərəcəsi 8% olmaqla, 12 milyon ABŞ dolları həcmində istiqraz buraxılışı həyata keçirilib. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirilməsində emissiyanın bütün həcmi 23 investor tərəfindən alınmışdı. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. Bu qiymətli kağızlar hazırda ölkə bazarında dollar valyutasında təqdim olunan ən yüksək gəlirli istiqrazlardandır. Emissiyanın təşkilatçısı və anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC olub. 
Qeyd edək ki, "Unibank"ın bütün qiymətli kağızları Bakı Fond Birjasının listinqinə daxil edilib. Bütün səhm və istiqrazların listinqə daxil edilməsi mövcud normativlərə və qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, bankın dayanıqlı maliyyə, müasir korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir.
Unibank-Sənin Bankın! / azxeber.com

İqtisadiyyat       Tarix: 08 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele valyuta mezennesi banklar son xəbər cebheden xeberler