Unibank və Enabling Qapital Luxembourg SA arasında kredit müqaviləsi imzalandı
Unibank KB ASC Beynəlxalq maliyyə fondu Enabling Qapital ilə ümumilikdə 10 milyon ABŞ dolları məbləğində iki kredit müqaviləsi imzalayıb. Bunlardan biri Bankın kapital bazasının möhkəmləndirilməsinə yönəlmiş subordinasiya edilmiş kreditdir.
Bu, Unibank KB ASC ilə Enabling Qapital Luxembourg SA arasında ilk razılaşmadır və kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsi və inkişaf etdirilməsini hədəfləyir.
"Biz Enabling Qapital Luxembourg SA ilə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu əməkdaşlıq kiçik biznes və mikro sahibkarların dəstəklənməsi sahəsində imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu kredit resursu müştərilərimizin layihələrini həyata keçirməsinə və bazarda mövqelərini gücləndirməsinə kömək edəcək," — deyə Unibank KB ASC -nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib.
Enabling Qapital Luxembourg SA-nın adından İdarə Heyətinin üzvü və İcraçı Direktorlar Komitəsinin partnyoru Christoph Dreher vurğulayıb: "Biz bölgədə mikro və KOS kreditləşməsinin inkişafında böyük potensial görürük və Unibank KB ASC-ni bu məqsədlərə çatmaqda dəstəkləməyə hazırıq. Əminik ki, əməkdaşlığımız qarşılıqlı faydalı olacaq, iqtisadi artım və sahibkarlıq fəaliyyətinə stimul yaradacaq." / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır