Unibankın bir sıra göstəricilər üzrə bazar payı artıb

Unibankın bir sıra göstəricilər üzrə bazar payı artıbSon iki il ərzində "Unibank"ın tələbli depozitlər üzrə bazar payında nəzərəçarpacaq artım qeydə alınıb.
azxeber.com xəbər verir ki, istər fiziki, istərsə də hüquqi şəxslərin banka etibarının daha da güclənməsi, bu ilin birinci rübünün depozit portfelinin həcmində də özünü göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin ilk rübünün sonuna Bankın ümumi depozitlərinin həcmi 1,1 milyard manatı ötüb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 11,5 milyon manatdan çox artım deməkdir. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində özünü göstərib.
Müştərilərin banka etimad göstəricisini ifadə edən daha bir rəqəm olan cari hesab qalıqlarının artımında da ciddi irəliləyiş qeydə alınıb. Həm  fiziki, həm hüquqi şəxslərin cari hesab qalıqları 2023-cü ilin 1-ci rübü ərzində artaraq, 326 milyon manatı ötüb. Açıqlanan statistik məlumata əsasən, manat hesablarının payı digər xarici valyuta hesabları ilə müqayisədə üstünlük təşkil edib. 
Bu ilin ilk rübü, bankın dayanıqlılığını və dinamik inkişafını göstərən əsas maliyyə göstəriciləri üzrə də nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Bankın aktivləri 2022-ci ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə 370 milyon manat və ya 35% artıb. Bununla da ilk rüb ərzində bankın aktivləri çoxalaraq, 1 milyard 446 milyon manatı ötüb.
Hazırda Unibankı seçən müştərilərin sayı 2 milyona yaxınlaşıb. 2022-ci ilin birinci rübü ilə müqayisədə bankı seçən biznes sahiblərinin sayında da 41%-ə yaxın artım olub.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Köklü bankçılıq təməllərinə sahib olan Unibank, 31 illik uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakı ilə yerli maliyyə bazarına öz töhfəsini verməkdə davam edir.

İqtisadiyyat       Tarix: 05 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele valyuta mezennesi banklar son xəbər cebheden xeberler