"Unibank"ın "Əjdaha" lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub

"Unibank"ın "Əjdaha" lotereyasının birinci tirajının qaliblərinə əsas hədiyyələr birbaşa təqdim  olunub, pul uduşları isə qaliblərin kartlarına köçürülüb.
Xatırladaq ki, Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə 252 qalib seçilib. Lotereyanın şərtlərinə görə, 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.
"Əjdaha" lotereyasının ilk qalibləri  öz təəssüratlarını bölüşüblər:
Birinci tirajda iPhone 15 Pro qazanan Y. İbrahimov uzun illərdir Unibank müştərisidir: "Qaliblər siyahısında olduğumu deyəndə, çox sevindim. Unibank şəffaflığı ilə yenə də fərqini ortaya qoydu".
iPhone 15 Pro-nun daha bir qalibi  N.Sadıqov 10 ildən çoxdur Unibank müştərisidir. Lotereya müddətində daha çox qazanmaq üçün bütün alış-verişlərini, ödənişlərini UCard-la edib: "Qalib olmağımla bağlı zəng gələndə, əvvəlcə inanmadım, sonra 117-yə zəng edib dəqiqləşdirdim. Müştərilərinə sevinc yaşatdığına görə "Unibank"a minnətdaram".
Toyota Corolla Cross avtomobilinin qalibi E.Yusifov da 5 ildən çoxdur Unibank kartından istifadə edir: " Doğrusu, lotereyadan məlumatım yox idi deyə, Xəzər TV canlı efirindən zəng gələndə ki avtomobil qazanmısınız, əvvəl zarafat kimi qəbul etdim. Bu gün burada maşını təhvil alanda isə o sevinci təkrar yaşadım".
"Əjdaha" lotereyasında telefon sahibi olan C. Rzayev lotereyadan məlumatlı olduğu üçün bütün ödənişlərini Unibank kartı ilə edib ki, qalib olmaq şansı çox olsun:"Lotereyanın şəffaf keçəcəyinə inanırdım, amma özümün qalib olacağına yox. İndi hədəfim maşındır. Ona görə çalışacam ki, şanslarımı daha çox artırım".
Təqaüdçü Ə. Əbdurəhimov isə 20 ildən çoxdur Unibank müştərisidir: "Mən həmişə alış-verişimi Unibank kartı ilə eləmişəm. Çox rahat kartdır. Lotereyadan xəbərim  yox idi. Zəng edəndə də, fikirləşdim kimsə zarafat edir. Qızım adımı bankın saytından tapıb göstərəndən sonra, inandım ki telefon udmuşam".
Birinci tirajın ikinci Toyota Corolla Cross avtomobilinin qalibi C. Zeynalov üçün də gələn zəng sürpriz olub: "Cəmi bir neçə gün əvvəl sürücülük vəsiqəsi almışdım, hətta evdə deyirdim ki, maşını yəqin bir neçə ilə ala bilərəm. Unibank məni çox sevindirdi, arzumu reallaşdırdı".
Növbəti tirajlarda hələ 1000-dən çox Unibank müştərisini lotereyanın qiymətli hədiyyələrinə sahib olmaq şansı gözləyir. Odur ki, sentyabrın 20-dək ödənişlərinizi Unibank kartları ilə edin və ikinci tirajda qalib olmaq şansınızı artırın. Hər 10 manat bir şansdır. Hər tirajda minimum 50 manatlıq ödəniş etdiyiniz halda, lotereyada iştirak şansı qazanırsınız. Bu zaman əvvəlki tirajda qazandığınız şanslar da yeni şanslarınıza əlavə olunur.
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
"Unibank" kartınla xərclə və "Əjdaha" lotereyasında iştirak et! / azxeber.com

İqtisadiyyat       Tarix: 09 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar son.xeber valyuta mezennesi 2026 siyaseti xeberler bugun