Unun qiyməti qalxdı - Çörək bahalaşacaq?
Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.
Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
Unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, il ərzində unun qiymətində daimi olaraq dəyişikliklər baş verir.
"Statistikaya nəzər salsaq, ötən ilin dekabr ayından etibarən unun qiymətində ucuzlaşma müşahidə olunurdu. Lakin avqust ayından etibarən buğdanın qiymətindən asılı olaraq unun da qiymətində bahalaşma qeydə alınıb".
Ekspert qeyd edib ki, Azərbaycan idxala bağlı ölkədir.
"Ümumi olaraq ölkəmizdə il ərzində 3,9 milyon ton taxıl istehlak edilir. Bunun ortalama olaraq 1,9 milyon tonunu Azərbaycan özü istehsal edir. Geri qalan hissəsi isə idxaldır".
E.Səfərli qeyd edib ki, hazırda Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var.
"Hazırda unun qiymətinin qalxması ölkəmizdə çörəyin qiymətinə təsir etməyəcək. Amma unun bahalaşması tendensiyası davam edərsə, onda çörəyin qiyməti bahalaşa bilər", – deyə o qeyd edib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"