Uşaq evinin rəhbəri qızları məmurlara SATDI
Özbəkistanın Ürgənc şəhərində uşaq evinin rəhbəri qızları məmurlarla intim münasibətdə olmağa məcbur edib.
KONKRET.az xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb.
Bildirilib ki, on ay ərzində (2021-ci ilin may – 2022-ci ilin fevral ayları) uşaq evinin rəhbəri üç şagirdi buna məcbur edib.
Bu məqsədlər üçün o, 15, 16 və 17 yaşlı üç yeniyetmə qızı (Əzizə, Rəna və Dilya – adlar şərtidi) seçib.
Qeyd olunub ki, 2021-ci ilin may ayının əvvəlində direktor 16 yaşı tamam olmayan Əzizəni tanışlarından biri ilə yatmağa məcbur edib. Qız buna etiraz edəndə isə o, Əzizənin kiçik qardaşını digər uşaqların gözü qarşısında döyməyə başlayıb.
Daha sonra müdir 17 yaşlı Rənanı rayon ədliyyə idarəsinin rəisi ilə münasibətdə olmağa məcbur edib.
Məlumata görə, on ay ərzində rəis rayon ədliyyə idarəsinin xidməti mənzilində hər üç azyaşlı qızla münasibətdə olub.
Bundan əlavə, uşaq evinin rəhbəri şəxsi problemlərinin həllində köməklik göstərməsi müqabilində 39 yaşlı rayon təcili yardım şöbəsinin müdirinə də qızları satıb.
Qeyd edək ki, bu və digər faktlarla bağlı ötən ilin sentyabrında baş tutan məhkəmə prosesində təqsirləndirilən şəxs 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
İqbal Rzayev,
KONKRET.az

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq