Uşaqlarda dəri ləkələri nədən yaranır?

Uşaqlarda dəri ləkələri nədən yaranır?Uşaqlarda yaranan dəri problemlərindən biri də qəhvəyi ləkələrdir. Bu ləkələr nədən yaranır?
Milli.Az e-tibb.az-a istinadən dermatoloq, uzman həkim Mehdi İskəndərlinin bununla bağlı məqaləsini təqdim edir:
Uşaqlarda qəhvəyi ləkələr anadangəlmə və sonradan qazanılmış ola bilər. Anadangəlmə qəhvəyi ləkələr uşaq doğulduqdan sonra aşkar edilir. Bütün qəhvə rəngli ləkələr doğuşdan sonra aşkar edilmir. Bəzi uşaqlarda kongenital qəhvəyi ləkələr iki yaşına qədər olan periodda istənilən vaxt meydana çıxa bilər. Dəridə anadangəlmə qəhvəyi ləkələr əksərən genetik pozuntular fonunda yaranır. Bunların müalicəsi və aradan qaldırlması mümkün olmur. Lakin, dəridə kongenital qəhvəyi ləkələr ciddi sistem və sindromlu  xəstəliklərdən xəbər verə bilər. Dərinin genodermatoz deyilən genetik xəstəlikləri bir çox hallarda dəridə qəhvəyi və ağ ləkələr ilə başlaya bilər. Bu baxımdan valideynlər dəridə ağ və qəhvəyi ləkələr problemlərinə qarşı biganə olmamlıdırlar və zamanında dermatoloqa müraciət etməlidirlər.
Uşaqlarda qəhvəyi ləkələr əksərən ciddi xəstəliklərin xəbərcisi olur. Belə ki, genetik dəri xəstəlikləri dəridə ləkələr və törəmələr şəklində başlasa da uşaq böyüdükçə sistem xarakteri daşıyır və daxili orqan xəstəlikləri də törədir. Əsasən əqli gerilik, epilepsiya başda olmaqla nevroloji problemlər, skolioz, kifoz, lordoz kimi sümük problemləri, endokrin sistem xəstəlikləri, immun çatışmazlığı və s. kimi problemlər yarana bilər. Belə ciddi xəstəliklərin həyati təhlükəli fəsadlarının qarşısını zamanında almaq üçün erkən diaqnoz vacibdir.
Dermatoloq əlavə edib ki, uşaqlarda yaranan qəhvəyi ləkələrə görə valideynlər vaxtında  peşəkar dermatoloqa müraciət etməlidirlər.
Onun sözlərinə görə, uşaqlarda qəhvəyi ləkələr hər zaman genetik dəri problemləri ilə əlaqəli yaranmır. Bəzi hallarda dəridə qəhvəyi ləkələr qazanılmış olur və müalicələrə tabe olaraq aradan qalxır. Hətta bəzi qəhvəyi ləkələrin tam müalicəsi mümkündür. Dərinin qəhvəyi ləkələri bir çox hallarda infeksioz mənşəli olur. Dermatoloq qeyd edib ki, bu cür qəhvəyi ləkələrin müalicəsi daha asandır. Lakin, uşaqlarda dəri bərkiməsi ilə özünü göstərən qəhvəyi ləkələr də yarana bilər. Əsasən aşağı ətraflarda və bədəndə bu cür qəhvə rəngli ləkələr zamanla sərtləşir: "Dəridə bərkimə verən bu cür dəri xəstəliklərinin müalicəsi çətin olsa da, mümkünsüz deyildir. Valideynlər qətiyyən ümidsiz olmamlıdırlar. Uşaqda qəhvəyi ləkə problemi çarəsiz deyil".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun