Uşaqların ölümünə səbəb olan əczaçılıq şirkətinin lisenziyası LƏĞV EDİLDİ
Hindistanın Uttar–Pradeş ştatının Dərman İdarəsi tərəfindən "Marion Biotech" əczaçılıq şirkətinin istehsal lisenziyası ləğv edilib.
KONKRET.azxəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.
Bildirilib ki, istintaq "Marion Biotech" əczaçılıq şirkətinə məxsus dərmanlarda nümunələrin saxtalaşdırıldığını və keyfiyyət standartlarına uyğun olmadığını müəyyən edib. Faktla bağlı 3 maddə ilə cinayət işi başlanıb.
Məlumata görə, firmanın lisenziyası yanvar ayından dayandırılıb, bundan sonra ətraflı araşdırma başlanıb. Martın 3-də polis "Marion Biotech"in üç əməkdaşını həbs edib və onlara qarşı cinayət işi açılıb.
Polisdən bildirilib ki, əczaçılıq şirkətinin istehsal direktoru və 2 kimyaçı da həbs edilib.
Xatırladaq ki, Özbəkistanda 2022-ci ilin dekabrında 19 uşaq "Marion Biotech" şirkətinin istehsalı olan "DOK-1 MAX" öskürək siropunu qəbul edərkən dünyasını dəyişib.
Özbəkistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, "Marion Biotech" şirkətinin istehsalı olan "DOK-1 MAX" və "Ambronol" preparatlarında propilenqlikol əvəzinə və ya onunla birlikdə etilenqlikol (EG) və dietilenqlikol (DEG) aşkar edilib. 2023-cü ilin yanvarında ÜST preparatların tərkibində DEG və EG zəhərli maddələrin olduğunu təsdiqləyib.
Qeyd edək ki, bu maddələr çox zəhərlidir və sənayedə həlledici kimi istifadə olunur.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Necla Uyqur vəfat etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Güllünü öldürən doğma qızına bu cəza verildi
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var