Uşaqlarınıza mavi şirniyyat verməyin – mütəxəssisdən rəngli əlavələr barədə xəbərdarlıq
"Mağaza rəflərindəki bir çox məhsullar dadı, rəngi yaxşılaşdırmaq və saxlama müddətini artırmaq üçün nəzərdə tutulmuş müxtəlif qida əlavələri ehtiva edir. Lakin onların heç də hamısı sağlamlıq üçün təhlükəsiz deyil".
KONKRET.azxəbər verir ki, bu barədə rusiyalı tanınmış dietoloq Nuriya Dianova radio proqramlarının birində zərərli qida əlavələri haqqında danışarkən bildirib.
Dietoloqun sözlərinə görə, ən təhlükəli qida əlavələri rəngləyicilər və konservantlardır.
"Bunlar qablaşdırmada E100 və bu kimi qeyd olunan maddələrdir. Ən təhlükəlisi mavi rəngləyicilərdir. Yaşıl rənglər də mübahisəlidir", – deyə Nuriya Dianova xəbərdarlıq edib.
Onun sözlərinə görə, siyahıda qırmızı, narıncı rəngləyiciləri öyrənmək üçün xüsusi cədvəllərə baxmaq lazımdır.
"Bu rəngləyicilərin arasında maksimum allergik olanlar da var, kanserogen olanlar da. Xüsusilə yadda saxlayın ki, uşaqlar üçün nəsə almaq istəyirsinizsə, mavi marmeladı unutun. Ümumiyyətlə, həddindən artıq parlaq olan hər şey sizi şübhələndirməlidir", – deyə o əlavə edib.
Mütəxəssis bildirib ki, zərərli əlavələrin ikinci kateqoriyası E200 və sonrakı konservantlardır.
"Ən güclü və təhrikedici olanlar E220, E221, E222-dir. Bunlar kanserogen və allergik təsirə malikdir. Sulfatlar histamini artırır və yalançı allergik reaksiyalar verir. Benzoatlar uzaq durmaq lazım olan daha bir konservant qrupudur. Onlar icazə verilsə də, potensial olaraq sağlamlığa zərər verə bilər və yaxşı olar ki, belə məhsullardan çəkinəsiniz" – deyə dietoloq izah edir./oxuaz
Kurslar.az kurslar [newsid: 0-123300]

Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü
Azərbaycanda Konstitusiya Günüdür