ÜST bu mutasiyanı "narahatlıq doğuran variant" ELAN ETDİ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun ilk dəfə Hindistanda rast gəlinən B.1.617 mutasiyasını "narahatlıq doğuran variant" elan edib.
Publika.az xəbər verir ki, beynəlxalq təşkilatın eksperti Maria Van Kerkhove B.1.617 mutasiyasının müəyyən qədər peyvəndlərə qarşı resistent olduğunu bildirib. O qeyd edib ki, məhz bu səbəbdən ÜST bu mutasiyanı "narahatlıq doğuran variant" hesab edir.
Həmçinin bildirilib ki, aparılan müşahidələr bu mutasiyanın Hindistanda rast gəlinən digər koronavirus variantları ilə müqayisədə daha sürətlə yayıldığını göstərir. Hindistan hələ ötən ilin oktyabr ayında Bütün İnfluenza Məlumatlarının Paylaşılması üzrə Qlobal Təşəbbüsün (GISAID) məlumat bankına ilk dəfə B.1.617 qenomu informasiya verib. Aprel ayının sonuna kimi ÜST bu mutasiyanı "maraq doğuran variant" səviyyəsində qiymətləndirsə də, artıq onun təhlükəsi tam şəkildə qəbul olunub.
Qeyd edilməlidir ki, hazırda koronavirus pandemiyasının ikinci dalğası 1,36 milyard əhalisi olan Hindistanda bütün şiddəti ilə tüğyan edir. Ölkənin səhiyyə sistemi ağır vəziyyətdədir və B.1.617 mutasiyası daha da kəskinləşməsində ciddi rol oynayır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər