ÜST-dən HƏYƏCAN TƏBİLİ: Vəziyyət yenidən dəyişir
Koronavirusun "Delta" ştamı dünyada yeni yoluxma artımının əsas səbəbidir, biz üçüncü yoluxma dalğasının başlanğıcındayıq.
Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus qurumun COVID-19 infeksiyası üzrə Fövqəladə Komitəsinin iclasının açılış mərasimində çıxış edərkən deyib.
"Delta" ştamı hazırkı yoluxma artımının əsas hərəkətverici elementlərindən biridir, o, artan sosial təsirlərdən və insan hərəkətlərindən, həmçinin təsdiqlənmiş sosial və ictimai sağlamlıq tədbirlərinin uyğunsuz istifadəsindən qaynaqlanır", - deyə Qebreyesus bildirib. Onun sözlərinə görə, Avropa və Şimali Amerika əhalisi arasında vaksinasiya səviyyəsinin artması bəhrə verməyə başlayıb, bu regionlarda virusa yoluxma və ölüm hallarında azalma müşahidə edilib. Lakin vəziyyət yenidən dəyişir və dünya "üçüncü yoluxma dalğasının başlanğıcındadır.
"Artıq ardıcıl olaraq dördüncü həftədir ki, dünyada COVID-19 infeksiyasına yoluxma halları artmaqda davam edir. On həftəlik enişdən sonra ölüm səviyyəsi də artmağa başlayıb", - deyə ÜST-nin Baş direktoru əlavə edib.
Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi üç aydan bir toplanaraq koronavirusun yayılma təhlükəsini qiymətləndirir. Hazırda komitənin qərarına əsasən, COVID-19 ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət səviyyəsindədir.
Komitə öz iclasının nəticələrinə əsasən, iyulun 15-də ÜST üçün yenilənmiş tövsiyələrini təqdim etməlidir.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək