ÜST-dən "Omikron" AÇIQLAMASI: "delta"dan sürətlidir, amma
Koronavirusun yeni ştamı - "omikron" vaksinlər qarşısında nisbətən dayanıqlı olsa da, təhlükəsi "delta" qədər deyil.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının virusun yeni variantı haqda texniki məlumatında deyilir.
"Hazırda məlumatlar məhduddur və vaksinlərin "omikron"a qarşı effektiv olduğunu təsddiqləyən sübutlar yoxdur. İlkin məlumatlar və "omikron" ştamının zülalının kifayət qədər dəyişmiş antigen profili bunu ehtimal etməyə əsas verir ki, vaksinlərin infeksiyaya qarşı effektivliyi azalıb", - bəyanatda bildirilir.
ÜST-dən vurğulayıblar ki, bununla yanaşı, ilkin məlumatlar yeni ştamın təhlükəsinin daha az olduğunu göstərir, çünki aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.
Ancaq bu gün omikronu artıq 63 ölkədə aşkarlayıblar. Yayılma sürətinə görə o, "delta"nı keçə bilər, ancaq bunun nə ilə əlaqədar olduğu aydın deyil.
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştamına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı ilkin olaraq CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.
Bir sıra ölkələr Afrikanın səkkiz ölkəsi, o cümlədən CAR-la aviasiya əlaqəsini məhdudlaşdırıb.
Gebreyesusun fövqəladə hallara hazırlıq üzrə müavini Juad Macur isə uçuşlara qadağa qoyulmasının virusun yeni ştamının yayılmasına əngəl olmayacağını deyib.
Azərbaycan Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildiriblər ki, yeni ştamla əlaqədar hələ ki, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş qaydalarına dəyişiklik edilməyib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək