ÜST-dən QORXUNC PROQNOZ: 2022-ci ildə
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoxsul ölkələrin kifayət qədər peyvənddən istifadə edə bilməməsi səbəbilə COVID-19 pandemiyasının lazım olandan bir il daha uzun sürəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə ÜST-nin yüksək səviyyəli idarəçilərindən biri Brus Elvord danışıb və bildirib ki, virus 2022-ci ildə də təsirli olacaq.
Qitələrin bir çoxunda insanların 40 faizi peyvənd olunduğu halda, Afrika qitəsində əhalinin 5 faizdən az hissəsi vaksin vurdurub.
B.Elvord dərman şirkətlərinin ən aşağı gəlirli ölkələrə üstünlük vermələri üçün zəngin dövlətləri peyvənd növbəsindəki yerlərindən imtina etməyə çağırıb: "Vaksinasiyanı sürətləndirmək lazımdır, yoxsa pandemiya lazım olduğundan bir il daha çox davam edəcək".
"The Peoples Vaccine" qeyri-hökumət təşkilatları ittifaqı dərman şirkətləri və zəngin ölkələr tərəfindən vəd edilən 7 dozadan yalnız birinin yoxsul ölkələrə çatdığını göstərən yeni məlumatlar yayımlayıb. COVID-19 peyvəndlərinin böyük əksəriyyəti yüksək gəlirli və ya orta gəlirli ölkələrdə hazırlanıb. Qlobal miqyasda tətbiq edilən dozaların yalnız 2,6 faizi Afrikada ərsəyə gətirilib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək