ÜST-dən ÜZÜCÜ AÇIQLAMA: Reanimasiyalar doludur, insanlar ölür
Pandemiya bitməkdən çox uzaqdır, ancaq aylar ərzində görülən tədbirlərlə vəziyyəti nəzarət altına almaq olar.
Publika.az xəbər verir ki, bu sözləri ÜST rəhbəri Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, toplumların və iqtisadiyyatların açıldığını, səyahət və ticarətin davam etdiyini görmək istəyirik: "Ancaq hazırda bir çox ölkədə reanimasiya şöbələrində yer yoxdur, insanlar ölür. Nikbin olmağımız üçün bir çox səbəbimiz var. İlin ilk 2 ayında yoluxma və ölüm hallarında azalma bu virusun və onun növlərinin dayandırıla biləcəyini göstərir", - Qebreyesus bildirib.
O qeyd edib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı ardıcıl yeddi həftədir artmaqdadır, virusdan ölüm halları bir aydır artır.
"Yanvar və fevral aylarında dünyada koronavirusa yoluxma hallarında altı həftə dalbadal azalma müşahidə edilmişdi. Artıq indi ardıcıl yeddinci həftədir yoluxma saylarında artım qeydə alınır və dörd həftədir ölüm faktları da artmaqdadır", - o deyib.
ÜST baş direktoru COVID-19-un adi qrip olmadığını və ekspertlərin virusun insan orqanizminə uzunmüddətli təsirlərini hələ bilmədiklərini, bu səbəbdən də ehtiyat tədbirlərinə riayət etməyə davam etməyin zəruri olduğunu vurğulayıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək