Utilizasiya fondunun vəsaitləri bu istiqamətlərə xərclənəcək - QƏRAR

Utilizasiya fondunun vəsaitləri bu istiqamətlərə xərclənəcək - QƏRARNəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası təsdiq edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
2024-cü il fevralın 1-dən qüvvəyə minəcək Qərar "Nəqliyyat vasitələrinin utilizasiyası fondu"nun vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir.
Fondun vəsaitinin idarə olunması "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.
Fondun vəsaiti aşağıdakı müstəqil mədaxil mənbələri hesabına formalaşır:
– utilizasiya haqqı;
– kreditlər və qrantlar;
– hüquqi və fiziki şəxslərin könüllü ianələri; 
– beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
– qanunla qadağan olunmayan digər mənbələr.
Bu Qaydada qeyd olunan utilizasiya haqlarının Fonda ödənilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq gömrük orqanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"nin 1.1-ci bəndində göstərilən orqanlar təmin edirlər.
Fondun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:
– yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;
– utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin ödənilməsi;
– operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.
Bu Qaydada qeyd olunan istiqamət üzrə köçürmələr Qanunla müəyyən edilən sənədlər əsasında və müddətlər nəzərə alınmaqla həyata keçirilir. Fonda daxil olan aylıq vəsaitin 3 (üç) faiz həcmində hissəsi bu Qayda ilə müəyyən edilmiş istiqamət üzrə hər növbəti ayın 10-dək operatorun cari hesabına köçürülür. Operatorun cari hesabına köçürülmüş vəsait onun gəlirlərinə aid edilməklə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi, operatorun göstərdiyi xidmətlərin elektronlaşdırılması və qanunla qadağan edilməyən digər istiqamətlərdə istifadə olunur.
Fond hesabında ilin sonuna qalan vəsait növbəti ilə keçirilərək bu Qaydada qeyd edilən istiqamətlər üzrə istifadə olunur.
Fondun vəsaitindən səmərəli istifadə olunmasına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzarət edir. Fondun vəsaitindən istifadə olunması haqqında illik hesabat operator tərəfindən növbəti ilin yanvar ayın 31-dək Maliyyə Nazirliyinə təqdim edilir.

Sosial       Tarix: 31 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeberler xəbər xeber az dunya xeberleri