Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah finalda
Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah İtaliyanın Roma şəhərində keçirilən Üzgüçülük üzrə Avropa Birinciliyində finala vəsiqə qazanıb.
Azərbaycanın Üzgüçülük Federasiyasından Publika.az-a bildiriblər ki, bunu milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib.
Onun sözlərinə görə, üzgüçülük üzrə milli komandanın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafədə batterflay üsulunda 27.12 saniyə göstərici ilə finala yüksəlib:
"Bu Azərbaycan üzgüçülük tarixində bir ilkdir. Bu yarışda Avropanın üzgüçülük üzrə çox güclü milli komandalarının yüksək nəticələr göstərən idmançıları iştirak edir. Azərbaycan üzgüçüsünün belə bir mötəbər turnirdə finala vəsiqə qazanması böyük uğur hesab oluna bilər".
Baş məşqçi bildirib ki, bu yarışda ölkəmizi milli komandamızın digər üzvü olan Ramil Vəlizadə də təmsil edir. Bu üzgüçümüzdən də yüksək nəticələr gözləyirik:
"Bu Avropa Birinciliyində üzgüçülərimizin uğur qazanacağına böyük ümidlərimiz var. Ramil Vəlizadə beynəlxalq turnirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək gücündə olan idmançıdır. Ümidvaram ki, o da Məryəm Şeyxəlizadəxangah kimi ən azı final mərhələsinə vəsiqə qazanmaq gücündədir".
Məlumat üçün bildirək ki, Romada keçirilən Avropa Birinciliyində 48 ölkədən 304-ü kişi, 261 qadın olmaqla üçuçilikdə 565 işmançı güclərini sınayır.

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
Sabah 16 mindən çox abonentin qazı kəsiləcək
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb