Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər

Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilərTərkibində gingerol maddəsi olan zəncəfilin tromb əleyhinə təsiri elmi cəhətdən sübut olunub. Bu maddə trombositlərin bir-birinə yapışaraq laxta (tromb) əmələ gətirməsinin qarşısını alır.
KONKRET.az oxu.az-a istinadla bildirir ki, bu barədə Pirogov Universitetinin Daxili xəstəliklər propedevtikası kafedrasının həkimi və dosenti Elvira Xaçirova "Gazeta.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, zəncəfilin tromb əleyhinə təsiri bir neçə mexanizmlə izah olunur:
"Zəncəfil trombositlərin aqreqasiyasının qarşısını alır. Trombositlər bir-birinə yapışaraq laxta əmələ gətirir, gingerol isə bu prosesi zəiflədir və trombotik kütlənin həcmini azaldır. Lakin nəzərə almaq lazımdır ki, zəncəfilin antitrombotik təsiri yalnız müntəzəm şəkildə qida rasionuna daxil edildikdə özünü göstərir. Birdəfəlik qəbul zamanı isə bu effekt gözlənilmir".
Mütəxəssis qeyd edib ki, zəncəfil orta dərəcədə tromboz riski olan şəxslərin qida rasionuna daxil edilə bilər. Bu qrupa oturaq həyat tərzi sürən insanlar və varikoz xəstəliyindən əziyyət çəkənlər daxildirlər.
Bununla yanaşı, Elvira Xaçirova bəzi kateqoriyalı şəxslərin həkimlə məsləhətləşmədən zəncəfil qəbul etməməli olduqlarını vurğulayıb:
"Artıq antikoaqulyant preparatlar qəbul edən xəstələr, hamilə qadınlar (xüsusilə, üçüncü trimestrdə olanlar), eləcə də mədə-bağırsaq problemləri yaşayan şəxslər zəncəfildən ehtiyatla istifadə etməlidirlər. Kəskin mərhələdə olan mədə xorası kimi xroniki xəstəliklər zamanı isə qanaxma riskinin artması səbəbindən zəncəfilin rasiona daxil edilməsi tövsiyə edilmir".
Sağlam insanlar üçün təhlükəsiz doza kimi həftədə 2-3 dəfə çaya 2-3 dilim təzə zəncəfil əlavə edilməsi məsləhət görülür. Toz halında zəncəfil istifadə edilərkən isə gündəlik dozanın bir çay qaşığından artıq olmaması tövsiyə olunur.

Sağlamlıq       Tarix: 25 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


son xeberler yeni xeberler azerbaycan xeberleri hava qurban bayrami 2026 novruz bayramı en son xeber