Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb? - AÇIQLAMA
Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb? - AÇIQLAMA
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun böyük oğlu Rza Talıbovun Xalq artist, müğənni Röya Ayxana 8 milyonluq mülk hədiyyə etməsi barədə xəbərlər yayılıb.
Bəzi KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan bu iddiaya görə, Bakı-Buzovna yolunda, Zuğulba prospektində yerləşən həmin dəbdəbəli saray 20 sot torpaqda inşa olunub.
Qeyd olunur ki, Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir.
Hətta Röya Ayxanın vaxtilə Rza Talıbovun sevgilisi olduğu da iddialar sırasında vurğulanır.
Modern.az saytı iddialara münasibət öyrənmək üçün Xalq artist Röya Ayxanla əlaqə saxlamağa çalışıb.
Müğənninin özü ilə danışa bilməsək də, prodüseri telefona cavab verib.
Röya Ayxanın prodüseri Kənan Bayramov bildirib ki, yayılan xəbərlər şayiədir və həqiqəti əks etdirmir:
"Belə bir şey olmayıb, Rza Talıbov Röya xanıma heç bir mülk bağışlamıyıb. Siz bu cür məlumatlara hələ də necə inanırsınız?"
Xatırladaq ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviridir. / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
"Hər həftə bir ev alırdım
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub