Vasif Talıbovun oğlunun holdinqində 4 aydır işçilərə maaş verilmir?

Vasif Talıbovun oğlunun holdinqində 4 aydır işçilərə maaş verilmir?"Nəqşicahan Holdinq"in 300-ə yaxın işçisi dörd aydır ki, maaş ala bilmir. Buna səbəb Naxçıvanda aparılan kadr islahatlarından sonra holdinqə daxil olan müəssisələrdə istehsalın tam dayanması, yaxud minimuma endirilməsidir".
KONKRET.az xəbər verir ki, bunu "Gündəlik Naxçıvan"a holdinqdə çalışan işçilər bildiriblər.
Şikayətçilər qeyd ediblər ki, rəhbərlik dekabr ayından bəri onlara evdə oturub gözləməyi məsləhət bilib. İşləmədikləri üçün maaş ala bilməyən fəhlələr, onsuz da, ağır olan sosial vəziyyətlərinin daha da çətinləşdiyini deyirlər.
Holdinqdəki müəssisələrin birində çalışan Cahangir Vəliyev deyir ki, ailəsini dolandırmaq üçün bankdan kredit götürüb:
"Dörd aya yaxındır ki, bizi havada saxlayıblar. Nə işlədib maaş verirlər, nə də işin olmayacağını deyirlər. Bizə "bu gün-sabah açılacaq" deyib ümid verirlər deyə başqa iş də axtara bilmirik. Son olaraq demişdilər ki, martın 15-də işlər başlayacaq. Mart ayı bitib, hələ də bir xəbər yoxdur. Onsuz da, başqa yerdə də iş tapmaq çətindir. Vəziyyətimiz həddindən artıq ağırlaşıb. Borca düşənimiz, banklardan kredit götürənimiz var. Evimizdə bayram da edə bilmədik. Ailəmizin, uşağımızın üzünə baxa bilmirik. Axı biz də insanıq. Bizim də övladlarımız var".
Digər şikayətçi Cavad Qasımov isə deyir ki, problemlə bağlı Naxçıvan MR Ali Məclisinə şikayət etsələr də nəticəsi olmayıb:
"Vəzifədən kimin getməsində, kimin gəlməsində, yaxud şirkətin kimə məxsus olmasında biz 300 nəfərin heç bir günahı yoxdur. Faktiki olaraq 300 ailə pis vəziyyətə salınıb. Hamı borc içindədir. Borclular borclarını, banklar isə kreditlərini istəyirlər. İşçilər isə ailələrini dolandıra bilmirlər. Mən də kredit ödəyirəm, bilmirəm, nə edəm. Başqa iş də tapa bilmirəm. Ailəmə çörəkpulu tapa bilmirəm. Bank da bir tərəfdən problem yaradır. Dörd aydır, bizi aldadırlar. Deyirlər, pul ayrılmır. Pul ayırılmırsa, bəs rəhbərlikdə olan işçilər pulu haradan alırlar?"
Qeyd edək ki, "Nəqşicahan Holdinq" Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbova məxsusdur.

Hadisə       Tarix: 01 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az