Vasif Talıbovun "sağ əli": O, necə vəzifəsini qoruyur?

Vasif Talıbovun Vasif Talıbov ötən il dekabrın 27-də Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verəndən sonra onun bütün səlahiyyətləri birinci müavini Azər Zeynalova keçdi. 53 yaşlı Azər Zeynalov hazırda Naxçıvan Ali Məclisi sədrinin birinci müavini olmaqla yanaşı, həm də sədrin səlahiyyətlərini icra edir.
Vasif Talıbovun "sağ əli" sayılan Azər Zeynalov hamisinin "vurulmasına" rəğmən vəzifəsini necə qoruya bilir? Onun son 6 ayda muxtar respublikanı faktiki olaraq Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə şərikli idarə etməsi nə ilə bağlıdır?
KONKRET.az xəbər verir ki, "Yeni Sabah" məsələni araşdıraraq maraqlı məqamlar üzə çıxarıb. Məlum olub ki, Azər Zeynalovun ötən ilin dekabrından bu günə kimi Naxçıvan Ali Məclisinə rəhbərlik etməsi muxtar respublika konstitusiyasının tələbidir. Mövcud qanunvericiliyə görə, sədr istefa verəndə, yaxud hansısa səbəbdən vəzifəsini icra edə bilməyəndə onun səlahiyyətləri birinci müavinə keçir. Qanunda vaxtla bağlı hər hansı məhdudiyyət yoxdur. Naxçıvan Ali Məclisi yeni sədr seçənə kimi onun səlahiyyətlərini birinci müavin icra edir.
Maraqlıdır, Naxçıvan Ali Məclisinə yeni sədr niyə seçilmir?
Vasif Talıbovun 6 ay əvvəl tərk etdiyi vəzifənin yeni sahibi kim olacaq?
Məlum olub ki, mərkəzi hakimiyyət Vasif Talıbovun yerinə yeni dövrün tələblərinə cavab verən namizəd tapa bilmir.
Belə ki, yeni sədr Naxçıvan Ali Məclisinin üzvləri arasından seçilməlidir. Hazırda Naxçıvan Ali Məclisinin 45 üzvü var. Onlardan biri Vasif Talıbov, digəri isə oğlu Seymur Talıbovdur. Azər Zeynalovu da nəzərə almayanda yerdə 42 deputat qalır. Məsələni hərtərəfli araşdıranda məlum oldu ki, bu 42 deputatın heç biri mərkəzi hakimiyyətin kriteriyalarına cavab vermir.
"Vasif Talıbov 3 il əvvəl Naxçıvan Ali Məclisini formalaşdıranda həmin şəxsləri dəfələrlə öz "süzgəcindən" keçirib. Onların heç biri Muxtar Respublikanın Ali Məclisinə rəhbərlik edəcək savada, təcrübəyə və xarizmaya malik deyil", – deyə məlumatlı şəxs bildirib.
Mənbə deyib ki, növbəti seçkilərə – 2025-ci ilin yanvarına kimi Naxçıvan Ali Məclisinə Azər Zeynalov rəhbərlik edəcək. Sadəcə olaraq, həmin vaxta kimi onun əl-qolu bir qədər də bağlanılacaq, muxtar respublika üzərindəki təsir imkanları minimuma endiriləcək.

Siyasi       Tarix: 01 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az cəbhədən son xəbərlər 2026 xeberlər siyaseti xeberler bugun