Vaşinqton, Brüssel və Moskva: Azərbaycan və Ermənistan arasında bütün platformalarda sülh danışıqları intensivləşir

Vaşinqton, Brüssel və Moskva: Azərbaycan və Ermənistan arasında bütün platformalarda sülh danışıqları intensivləşirAzərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronun Kişineuda keçirilmiş "Avropa siyasi birliyinin" 2-ci Zirvə toplantısı çərçivəsində qeyri-rəsmi görüşdə gözlənilənlərin əksinə olaraq hər hansı bir sənəd imzalanmayıb.
Lakin bütün tərəflər görüşün müsbət keçdiyini və gələcək irəliləyişlərə ümid verdiyini qeyd ediblər.
azxeber.com "report"a istinadən xəbər verir ki, görüşdən sonra Aİ Şurasının Prezidenti Şarl Mişel azərbaycanlı jurnalistlərə bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda müəyyən irəliləyiş var.
Bu, həm də ondan xəbər verir ki, növbəti görüşlərin və danışıqların qrafiki artıq müəyyən edilib. Belə ki, iyunun 12-də ABŞ-ın paytaxtı Vaşinqtondan çox da uzaqda yerləşməyən Arlinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri may görüşünün davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə yenidən müzakirələr aparacaqlar. İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Brüsseldə görüşəcəklər. Bundan başqa, oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək "Avropa siyasi birliyinin" 3-cü Zirvə toplantısında Kişineu formatında görüş yenidən planlaşdırılır.
Danışıqların intensivləşməsi belə qənaətə gəlməyə imkan verir ki, tərəflər dialoqu davam etdirmək əzmindədirlər. Üstəlik, onlara yardım göstərənlər isə prosesin dalana dirənməməsi üçün əllərindən gələni etməyə çalışırlar. Doğrudur, Ermənistan bəzən bəzi məsələlərdə qeyri-konstruktiv yanaşma ilə bu prosesə mane olmağa çalışır. Amma o, yenə də sülhə alternativ olmadığından danışıqlar masası arxasına əyləşmək məcburiyyətində qalır.
Hətta yardım göstərmək istəyən bir çox tərəfin olması da mənfi amil kimi qiymətləndirilməməlidir. Vasitəçilərin hər biri, istər rəsmi Vaşinqton, istər Brüssel, istərsə də Moskva münasibətlərin normallaşması prosesinə xüsusi töhfə vermək istəyir.
Ukraynadakı müharibə fonunda Avropanın xüsusilə təhlükəsizlik məsələlərindən narahat olduğu mürəkkəb geosiyasi vəziyyət onun təkcə hüdudlarından kənarda deyil, həm də daha geniş məkanda sülh və sabitlik məsələlərini yenidən nəzərdən keçirməsinə səbəb olub. Mühüm tərəfdaşların (təbii ki, Azərbaycan da bu siyahıya daxildir) çiçəklənməsi və onların yerləşdiyi regionda sülhün əhəmiyyəti də başqa cür qəbul olunmağa başlayıb.
Buna görə də Aİ, ABŞ və Rusiya danışıqları davam etdirmək və bunun üçün yeni platformalar təqdim etmək üçün hər cür səy göstərəcək. Ümid var ki, Azərbaycan və Ermənistan liderləri arasında tez-tez görüşlər tərəfləri sülh sazişinin imzalanmasına yaxınlaşdıracaq.

Siyasi       Tarix: 03 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar sonxeber.az bu gune olan xeberler en son xeber