Vaşinqton görüşü yekunlaşmadan sərhəddə təxribatı kimlər və niyə törədir? - İLGİNC DETALLAR

Vaşinqton görüşü yekunlaşmadan sərhəddə təxribatı kimlər və niyə törədir? - İLGİNC DETALLARHər dəfə tərəflər Vaşinqtonda görüş keçirərkən və ya danışıqlardan dərhal sonra sərhəddə erməni təxribatı baş verir, atəşkəs pozulur və hərbçilərimiz şəhidlik zirvəsinə yüksəlir, ya da yaralanır. Rəsmi Bakı münasibətləri düzəltmək istədikcə erməni təxribatı dah da artır. Bəs görəsən, bu, nə ilə əlaqədardır? Kimlər bu təxribatı törətməkdə maraqlıdır? Niyə məhz Vaşinqton görüşlərindən sonra bu hallar daha çox baş verir ?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Brüssel-Vaşinqton görüşləri Moskva və Tehranı ciddi narahat edir:
Vaşinqton görüşü yekunlaşmadan sərhəddə təxribatı kimlər və niyə törədir? - İLGİNC DETALLAR"İrəvan Moskva və Tehranın əlaltısıdır. Ermənistan heç zaman sərbəst siyasət yürüdə bilməyib. Bu səbəbdən də Paşinyan çox çətin durumdadır. Buna rəğmən erməni separatçıları atəşkəsi yenidən pozub və Azərbaycan ordusunun əsgəri yaralanıb. Lakin ordumuz bir yaralı hərbçimizə görə, 5 erməni separatçısını məhv edib. Paşinyan bu barədə fikirləşsə, daha yaxşı olar. Bütün bu təxribatların arxasında isə Rusiya və İranın Cənubi Qafqaz maraqları dayanır. Rusiya çox gözəl başa düşür ki, bu məsələ ABŞ-da həll olunanda Kremlin siyasi imicinə çox ciddi ziyan gələcək. Ona görə də, Rusiya ABŞ-a siyasi qısqanclıqla yanaşır. Məsələnin uzanmasının səbəbi isə həm ABŞ-ın, həm də Rusiyanın maraqlarının eyni anda təmin edilməməsidir. Yəni bu sadəcə mümkünsüzdür".
Politoloqun sözlərinə görə, "Vaqner"in çevrilişlə bağlı fəaliyyətə başlamasından sonra Vaşinqton bu məsələni gündəmə gətirdi:
"Çünki hal-hazırda mövcud olan siyasi situasiya ABŞ-ın maraqlarına uyğundur. Təəssüf ki, yenə də ermənilər öz xislətinə uyğun hərəkət edirlər. Paşinyan da etiraf edir ki, Ermənistan hərbçiləri daha çox Rsiyanın nəzarətindədir. Amma hər şeyə rəğmən Vaşinqton görüşündən daha çox nəticə gözləyirəm. İlkin olaraq tərəflərin sülh sazişindəki bəndləri razılaşdırması baş verəcək. Yəni Azərbaycanın 5 prinsipi gündəmə gətirilib. Bu prinsiplər çərçivə sazişində yer alandan sonra sənədlərin işçi qrupu tərəfindən hazırlanması və imzalanması çətin olmayacaq. Təbii ki, Azərbaycan sülh sazişinin imzalanması ilə yanaşı sərhədlərin delimitasiyası məsələsini də gündəmə gətirib. Bir də infrastrukturun bərpası əsas müzakirə mövzusudur. Artıq ermənilərin hay-küy salmaq üçün heç bir arqumenti yoxdur. Düşünürəm ki, ilin sonuna kimi sülh sazişinin imzalanması reallaşacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 29 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeber son xeberler bugun 2026 azerbaycan xeber.az 2026 metbuat