Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün

Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçünXəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də ABŞ-nin prezidenti Donald Trampla Vaşinqtonda görüşünün keçirilməsi planlaşdırılır.
Politoloq İlyas Hüseynov planlaşdırılan tarixi görüş ilə bağlı azxeber.com-a açıqlama verib.
Politoloq hesab edir ki, görüşün keçirilməsi sülh prosesində artıq real mərhələ başlayıb və prosesə ciddi hazırlıq gedir:
"Əvvəllər, bu cür görüşlər barədə yayılan məlumatlar cəmiyyətdə təəccüb doğururdu. Lakin zaman keçdikcə artıq aydın oldu ki, görüşə ciddi hazırlıq gedir. Çünki bu tip görüşlər adətən gizli saxlanılır və son anda ictimailəşdirilir. Əbu-Dabidə keçirilən görüşün cəmi bir neçə saat əvvəl razılaşdırılması və Azərbaycanın bunu təsdiqləməsi həmin dialoqun tarixi əhəmiyyətini göstərir. Bu görüşlər Azərbaycan və Ermənistan arasında sülh prosesində siyasi iradə və qətiyyətin nümayişi kimi qiymətləndirilməlidir. ABŞ-nin Azərbaycan və Ermənistanla ayrı-ayrılıqda siyasi gündəliyi var. Bu səbəbdən əvvəl fərdi görüşlərin keçirilməsi daha məqsədəuyğundur. Daha sonra üçtərəfli formatda görüş isə prosesə əlavə simvolik məna qazandıracaq". 
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçünOnun sözlərinə görə, ABŞ-nin vasitəçiliyi həm regiondakı maraqlarını ifadə edir, həm də təhlükəsizlik zəmanəti baxımından önəm daşıyır:
"Bu görüş eyni zamanda ABŞ-nin regionda öz maraqlarını qorumaq və təhlükəsizlik zəmanəti vermək niyyətini də ortaya qoyur. Xüsusilə, Zəngəzur dəhlizinə nəzarətin təmin olunması ABŞ-nin prioritetlərindən biridir. ABŞ-nin regionda təhlükəsizlik zəmanəti verməsi Zəngəzur dəhlizinin etibarlı, dayanıqlı və sağlam şəkildə fəaliyyət göstərməsinə gətirib çıxara bilər. ABŞ-nin iştirakı ilə əvvəllər də uğurlu layihələr reallaşıb – Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi. Bu layihə Azərbaycanın regional əhəmiyyətini və siyasi nüfuzunu artırmaqla yanaşı, sülhün dayanıqlı olmasına da xidmət edəcək. Vaşinqton görüşündən sonra İran və Rusiyanın da bu prosesə daha aktiv müdaxilə etməsi ehtimalı yüksəkdir. Buna görə də ABŞ bu həssas vəziyyətdən istifadə edərək bölgədəki geosiyasi mövqeyini gücləndirmək istəyir."
İlyas Hüseynov Donald Trampın şəxsi istəklərinə də toxunaraq bildirib ki, prezidentin dünyada sülhə nail olmaq və Nobel Sülh Mükafatına layiq görülmək arzusu bu prosesə əlavə təkan verə bilər:
"Donald Trampın şəxsi maraqlarından biri də dünya üzrə konfliktləri həll etmək və Nobel Sülh Mükafatına layiq görülməkdir. Onun daha öncə bir sıra münaqişələrin həllində birbaşa iştirakı olub. Azərbaycan-Ermənistan məsələsində də onun səyləri yüksək qiymətləndirilməlidir. Əsas məqsəd sülhün bərqərar olması, xalqların birgəyaşayışı, rifahı və dövlətlərin tərəqqisidir. Dünya barış içində yaşamalıdır. Bu isə böyük güclərin qətiyyəti və siyasi iradəsi ilə mümkündür."
Oksana Orucova

Siyasi       Tarix: 07 avqust 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı sonxabar sonxeber hava haqqinda