Vaşinqtondan gizli plan: Tramp Azərbaycana nə təklif edir?

Vaşinqtondan gizli plan: Tramp Azərbaycana nə təklif edir?Donald Tramp yenidən Azərbaycanı dəvət etdi: Əsas mövzu Yaxın Şərqdir
ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan Sülh Şurasının ilk sammiti Vaşinqtonun Yaxın Şərqdə yeni təsir mexanizmini formalaşdırmaq cəhdi kimi qiymətləndirilir. Axios nəşrinin məlumatına görə, görüş fevralın 19-na planlaşdırılıb və dəvət olunanlar sırasında Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan liderləri də yer alır.
ABŞ rəsmiləri bu toplantını həm Sülh Şurasının ilk tammiqyaslı iclası, həm də Qəzza sektorunun bərpası üçün maliyyə vəsaitlərinin toplanmasına həsr olunan konfrans kimi təqdim edirlər. Rəsmi olaraq tədbir humanitar və sabitləşdirici platforma kimi göstərilsə də, siyasi müşahidəçilər bunu Tramp administrasiyasının müharibədən sonrakı proseslərə nəzarət üçün ayrıca mexanizm yaratmaq cəhdi kimi dəyərləndirirlər.
Məlumata görə, dəvətlər təxminən 60 ölkəyə göndərilib. Xatırladaq ki, Sülh Şurasının təsis toplantısı yanvarın 22-də Davosda keçirilib və Azərbaycan da daxil olmaqla 27 ölkə qurumun təsisçi üzvü statusu alıb. Vaşinqton sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunacağı gözlənilir. İştirakçıların yekun siyahısı isə hələ açıqlanmayıb və Ağ Ev bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə danışıqları davam etdirir.
ABŞ tərəfinin planına əsasən, Sülh Şurası Qəzzada atəşkəs rejiminə nəzarət etməli, anklavın idarə olunmasını əlaqələndirməli və infrastrukturun bərpasını izləməlidir. Bununla yanaşı, genişmiqyaslı maliyyə kampaniyasına start verilməsi də nəzərdə tutulur. Rəsmi olaraq məcburi ödənişlər müəyyən edilməsə də, Tramp administrasiyası üçün "standart" töhfə məbləği təxminən 23 milyon dollar səviyyəsində göstərilir. Daimi üzvlük statusu üçün isə bir milyard dollara yaxın vəsait tələb oluna bilər. Bildirilir ki, toplanan bütün vəsaitlər Qəzzanın bərpası fonduna yönəldiləcək.
Görüşün keçiriləcəyi məkan da diqqət çəkir. Sammit ABŞ-ın Sülh İnstitutunun binasında baş tutacaq. United States Institute of Peace son illərdə yenidən strukturlaşdırılıb və Trampın adı ilə əlaqələndirilib. Qurum 1984-cü ildə Ronald Reyqanın dövründə yaradılıb və uzun müddət müstəqil analitik mərkəz kimi fəaliyyət göstərib.
Donald Tramp Ağ Evə qayıtdıqdan sonra institutda ciddi dəyişikliklər aparılıb. Direktorlar Şurasının üzvlərinin böyük hissəsi vəzifədən uzaqlaşdırılıb. Daha sonra Dövlət İdarəçiliyinin Effektivliyi Agentliyi, o cümlədən Elon Muskun rəhbərlik etdiyi qurumun nümayəndələri binaya daxil olaraq idarəetməni dəyişib və kütləvi ixtisarlar həyata keçirib. Keçmiş rəhbərlik məhkəməyə müraciət etsə də, apellyasiya instansiyası onların iddiasını təmin etməyib. 2025-ci ilin dekabrında isə institutun yeni adı rəsmiləşdirilib və binanın fasadında Trampın adı yerləşdirilib.
Sammit ABŞ-ın Qəzza ilə bağlı planının ikinci mərhələsinin irəlilədiyi bir vaxtda keçiriləcək. Vaşinqton atəşkəsin növbəti fazasına keçidi elan etsə də, əsas problem – HƏMAS-ın tam demilitarizasiyası – hələ də həll olunmayıb. Bu məsələ çözülmədən bərpa layihələrinin real nəticə verməyəcəyi vurğulanır.
Vaşinqtondan gizli plan: Tramp Azərbaycana nə təklif edir?Görüşün tarixi də təsadüfi seçilməyib. Fevralın 18-də İsrailin baş naziri Benjamin Netanyahu Ağ Evdə Donald Trampla danışıqlar aparmalıdır. İsrail formal olaraq Sülh Şurasına qoşulmağa razılıq versə də, hələlik nizamnaməni imzalamayıb. Bu görüş təşəbbüsün gələcək taleyini müəyyən edə bilər.
Gözlənilən danışıqlarda təhlükəsizlik dəhlizləri, beynəlxalq müşahidəçilər və nəzarət mexanizmləri əsas müzakirə mövzuları olacaq. Məhz bu məsələlər İsrail hökuməti daxilində ən çox mübahisə doğuran mövzulardandır.
İqtisadi tərəf də xüsusi maraq doğurur. Davosda keçirilən Dünya İqtisadi Forumunda Trampın kürəkəni Jared Kushner Qəzzanın bərpası ilə bağlı 11 səhifəlik plan təqdim edib. Planda göydələnlər, sahilyanı komplekslər və yeni yaşayış zonalarının tikintisi nəzərdə tutulur. Kuşner bildirib ki, alternativ plan yoxdur və əsas şərt HƏMAS-ın tam silahsızlaşdırılması və ABŞ nəzarətidir.
Vaşinqtondan gizli plan: Tramp Azərbaycana nə təklif edir?Bununla paralel olaraq, Vaşinqton müsəlman ölkələrindən ibarət sabitləşdirici qüvvələrin yaradılması ideyasını da müzakirə edir. Potensial iştirakçılar arasında Azərbaycanın da adı çəkilib. Lakin rəsmi Bakı hərbi personalını risk altına salacaq birtərəfli əməliyyatlarda iştirak etmək niyyətində olmadığını bildirib. Azərbaycan yalnız geniş beynəlxalq mandat çərçivəsində mümkün missiyaları nəzərdən keçirə biləcəyini açıqlayıb.
Beləliklə, qarşıdakı sammit sadəcə diplomatik görüş deyil. Bu, Donald Trampın ətrafında dövlətlər koalisiyası formalaşdırmaq, Qəzzanın bərpasını maliyyələşdirmək və eyni zamanda regionda öz siyasi idarəetmə modelini möhkəmləndirmək cəhdidir.
Vaşinqton bu prosesdə maliyyə resurslarına, tərəfdaşların loyallığına və Trampın şəxsi siyasi nüfuzuna güvənir. Əsas sual isə budur: bu strategiya real sabitlik yaradacaq, yoxsa Sülh Şurası növbəti formal təşəbbüs olaraq qalacaq.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 09 fevral 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən ən son xəbər şou biznes xəbərləri bugünki xəbərlər