Vaşinqtondan Türkiyə ilə bağlı SENSASİON ETİRAF: Bütün cəhdlərə baxmayaraq...
Amerika administrasiyası bütün cəhdlərə baxmayaraq, Türkiyə hakimiyyətini Rusiyadan alınan S-400 zenit-raket sistemlərindən imtina etməyə inandıra bilmir.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda prezident Donald Tramp tərəfindən ABŞ-ın Rusiyadakı səfiri postuna namizədliyi irəli sürülən Con Sallivan Senatının xarici işlər üzrə komitəsində keçirilən dinləmələrdə deyib.
Qeyd edək ki, Rusiya və Türkiyə arasında S-400 zenit-raket komplekslərinin alınması üzrə saziş 2017-ci ilin sentyabrında bağlanıb. Ankara 2,5 milyard dollar dəyəri olan saziş çərçivəsində komplekslərin iki divizionunu alacaq. Müqavilə istehsal texnologiyaların türk tərəfinə qismən ötürülməsini nəzərdə tutur. Ankara komplekslərin 2020-ci ilin aprelində işə salınacağını açıqlayıb.
S-400-lərin Türkiyə tərəfindən alınmasına ABŞ və NATO qarşı çıxır. Pentaqon iyulun 17-də F-35 beşinci nəsil Amerika qırıcı-bombardmançının istehsalı proqramından Türkiyənin çıxarılması prosesinin başlandığını rəsmən elan edib. Bununla belə, avqustun 28-də ABŞ-ın müdafiə naziri Mark Esper bildirib ki, Türkiyə S-400-lərdən imtina edərsə, Vaşinqton Ankaranın F-35 proqramına qayıdışı imkanına baxacaq. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək