Vatikan daşınmaz əmlak varidatını açıqladı - İLK DƏFƏ
Vatikan dövləti tarixdə ilk dəfə olaraq daşınmaz əmlak varidatını açıqlayıb.
Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, Vatikan dövləti daşınmaz əmlak varidatı ilə bağlı rəsmi sənədləri ictimaiyyətə təqdim edib. Rəsmi sənədlərə əsasən, Vatikan dövləti İtaliyada 5000 sayda daşınmaz əmlak mülklərinə sahibdir.
Vatikanın mal varlıqlarına cavabdeh olan APSA-nın yaydığı məlumatlarda qeyd olunur ki, Papa rəhbərliyindəki dövlətin daşınmaz əmlaklarından 4051-i İtaliya ərazisindədir. 1100-dən artıq mülk isə London və Parisin ən lüks yerlərindədir. Həmin mülklərin 14 faizi isə bazar şərtləri ilə icarəyə verilir.
Qeyd edək ki, gələn həftə Londonda Vatikanın bu şəhərdən mülk alması ilə bağlı məhkəmə prosesi başlayır. Alış-veriş zamanı rüşvət verilməsi iddiası irəli sürülüb. 10 nəfərin ittiham olunduğu məhkəmədə rüşvət verənlər arasında Vatikanın kardinalı Angelo Becciunun da adı hallanır.
Tural Turan
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək