Vaxtanq Maisaya: "Gürcüstan-Azərbaycan-İsrail əməkdaşlığı tam yerinə düşərdi" - MÜSAHİBƏ

Vaxtanq Maisaya: "Gürcüstan-Azərbaycan-İsrail əməkdaşlığı tam yerinə düşərdi" - MÜSAHİBƏVaxtanq Maisaya: "Gürcüstan-Azərbaycan-İsrail əməkdaşlığı tam yerinə düşərdi" - MÜSAHİBƏ
Gürcüstanla Azərbaycan arasında hərbi əməkdaşlıq qaçılmazdır, ancaq bu əməkdaşlıq qonşu dövlətlər üçün heç bir təhlükə yaratmır.
Bunu Media.Az-a Gücüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya Gürcüstanın qumbaraatanlardan tutmuş raketlərə qədər daxili silah istehsalına başlayacağı barədə informasiyanı şərh edərkən bildirib.
Vaxtanq Maisaya: "Gürcüstan-Azərbaycan-İsrail əməkdaşlığı tam yerinə düşərdi" - MÜSAHİBƏ- Sovet dövründə Gürcüstanda hərbi təyyarələrin təmiri zavodu fəaliyyət göstərirdi...
-…Təyyarələrin nəinki təmiri, istehsalı da həyata keçirilirdi. Tanklar və piyada döyüş (PDM) maşınları isə təmir edilirdi.
- Gürcüstan və Azərbaycan bir-birinə necə və nədə kömək edə bilər? İki dost ölkə arasında texnologiya mübadiləsi mümkündürmü?
- Əlbəttə! Gürcüstan, Azərbaycan və Türkiyə faktiki olaraq müttəfiqdirlər, qeyri-rəsmi üçtərəfli alyansa daxildirlər. Bu, hərbi əməkdaşlıq və birgə müdafiə siyasətini özündə ehtiva edir. Bizim hərbi-sənaye kompleksləri istiqamətində də münasibətlərimizi inkişaf etdirmək üçün bütün imkanlarımız var. Ölkələrin hər birinin müttəfiqinə təklif edə biləcəyi bir şey var.
Gürcüstanda hələ də aviasiya zavodu fəaliyyət göstərir, yuxarıda qeyd etdiyim kimi təmir zavodları qalır və onlar tanklar, PDM-lər istehsal edə bilərlər. Belə təcrübə olub, hərbi məhsullarımız, məsələn, Səudiyyə Ərəbistanına ixrac edilib. Biz istehlak materiallarının, misal üçün patronların istehsalını artırırıq, "İveriya" atıcı silahının Gürcüstan modelini yaradırıq. Beləliklə, Gürcüstanın Azərbaycanla hərbi-sənaye kompleksi sferasında tərəfdaş olmaq üçün hər cür imkanı var.
Tbilisi Azərbaycandan pilotsuz təyyarələr almaqda maraqlı olacaq. Biz bir vaxtlar İsrail ilə bu sahədə əməkdaşlıq edirdik, amma 2008-ci il müharibəsindən sonra təəssüf ki, hər şey sona çatdı. Belə məqamda Gürcüstan-Azərbaycan-İsrail xətti üzrə üçtərəfli əməkdaşlıq tam yerinə düşərdi.
Yeri gəlmişkən, səhv etmirəmsə, 1992-1994-cü illərdə Gürcüstanda Azərbaycanın zirehli texnikaları təmir olunub. Deməli, Azərbaycanla əməkdaşlığımız sıfırdan başlamayacaq. Üstəlik, indi Azərbaycanda müdafiə sənayesi Gürcüstandan daha güclü inkişaf edib. Sizin xüsusi bir nazirliyiniz (Müdafiə Sənayesi Nazirliyi - red.) var, ancaq bizdə yoxdur.
- Qlobal iqtisadi böhran, koronavirus - bütün bunlar Gürcüstanın hərbi-sənaye kompleksinin inkişafı planlarına təsir etməyəcək?
- Bəli, təəssüf ki, Gürcüstan hərbi büdcəsinə 75 milyon lari (təqribən 41,8 milyon AZN - red.) sekvestr tətbiq etmək məcburiyyətində qaldı. Lakin bizim qarşılıqlı əməkdaşlığımız elə məhz problemlərin həllinə kömək edəcək. Gürcüstan və Azərbaycan arasında birgə əməkdaşlıq, həmçinin, ixrac üçün silah tədarükü ölkələrimizə valyuta qazancı gətirəcək. Bundan istifadə etmək lazımdır.
- Bəs bəzi qonşu ölkələr Azərbaycan və Gürcüstan arasındakı hərbi əməkdaşlığa necə reaksiya verəcək?
- Onların hərbi-sənaye kompleksi xətti ilə öz strateji əməkdaşlığı var. Bizim də öz əməkdaşlığımız olacaq. Bütün dövlətlərin öz milli maraqları və xarici siyasət oriyentirləri var. Düşünürəm ki, hər hansı bir anlaşılmazlıq olmamalıdır, çünki söhbət silahlanma yarışından yox, ölkələrimizin - Gürcüstan və Azərbaycanın müdafiə sənayesi məhsullarının ixracından gedir.

Siyasi       Tarix: 04 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər ən son xəbər cəbhədən ən son xəbərlər en son xeberleri