Vəfat edən əsgər müəllimlik ixtisasını bitiribmiş - Yeni detallar
Ötən gün vəfat etdiyi barədə xəbər yayılan Müdafiə Nazirliyinin hərbçi qulluqçusu əsgər Maqbet Məcidov barədə bir sıra detallar məlum olub.
Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, Maqbet Məcidov 2003-cü ildə Bakı şəhərində anadan olub.
O, orta məktəbi Bakıda bitirib. Azərbaycan Milli Konservatoriyası tərkibindəki İncəsənət Gimnaziyasından məzun olan Maqbet 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olub və burada rus dili müəllimliyi ixtisasını bitirib.
Onun özündən başqa 2 qardaşı var. Böyük qardaşı tələbə, kiçik qardaşı 2-ci sinif şagirdidir.
Maqbet Məcidov bu ilin yanvar ayında hərbi xidməyə yollanıb və fevralın 21-də ailəsinə vəfat etdiyi barədə məlumat verilib. O, Naxçıvanda hərbi xidmət edirmiş.
Rəsmi açıqlamaya görə, gənc əsgərin ölümünə səbəb ildırım sürətli vaskulit olub. Qeyd edək ki, vaskulit damar divarının iltihabından meydana gələn xəstəlikdir. Nəticədə toxuma, orqan və ya orqanlar qrupuna qan tədarükünün pozulması və onların funksiyasının pozulması baş verir.
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, hərbi qulluqçunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.
Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.


/ azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır