Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb

Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb2018-ci ildən Vəkillər Kollegiyasının üzvü olmuş, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili işləmiş Tükəzban Aşurovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Aşurova hüquqlarını müdafiə etdiyi şəxsin ailə üzvlərindən 10 min manat alaraq onları aldatmaqda ittiham edilir.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Aşurova cinayət məsuliyyətinə cəlb edildikdən sonra onun vəkillik fəaliyyəti dayandırılmışdı.
İstintaqla müəyyən edilib ki, Aşurova narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilmiş Elgiz Əliyevin hüquqlarını müdafiə edirmiş. O, həmin şəxsin ailə üzvlərindən 10 min manat alıb. İttihama görə Aşurova həmin məbləğ qarşılığında hakim Novruz Kərimovun icraatında olan işə təsir etmək imkanının olduğunu, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına nail olacağını deyib.
Bu məqsədlə 10 min manatın hissə-hissə öz kartına köçürülməsinə nail olub. Lakin vədinə əməl etməyib, Elgiz Əliyev həbsdə qalıb. Bundan sonra Elgiz Əliyevin ailəsi öz vəkillərindən şikayətçi olub.
Məhkəmədə dindirilən zaman Aşurova bildirib ki, 10 min manatı hakimə və ya hər hansı vəzifəli şəxsə vermək üçün almayıb. O, 5 min manatı qonorar kimi özünə, 5 min manatı isə müdafiə etdiyi Elgiz Əliyevin işdən kənar problemlərini həll etmək üçün aldığını deyib. Onun sözlərinə görə Elgiz Əliyev işdən kənar problemlərinin ailə üzvlərinin bilməsini istəməyib və buna görə də onun ailəsinə heç nə deməyib.
Aşurova məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib. Əlavə olaraq bildirib ki, aldığı puldan cəmi 2 min manat qaytarıb. Deyib ki, işləmədiyi üçün zərəri ödəyə bilmir.
Elgiz Əliyevin yaxınları məhkəmədə şahid qismində dindirilən zaman bildiriblər ki, Aşurova onlara zəng edərək pulun bir gün ərzində verilməli olduğunu, hakimin adamları ilə işi danışdığını deyib. Onların sözlərinə görə Aşurova Elgiz Əliyev barəsində bəraət hökmü çıxarılmasına söz veribmiş.
İstintaq orqanı bu əməlinə görə Aşurovanı Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsi ilə təqsirli bilib.
Lakin Ağcabədi Rayon Məhkəməsi Aşurovanın əməlində nüfuz alveri yox, dələduzluq olduğu qənaətinə gəlib. Buna görə də onun əməlini dələduzluq maddəsinə tövsif edilib və barəsində yüngül cəza təyin edilib. Hökmə əsasən Aşurova barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Aşurova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılıb.

Hadisə       Tarix: 23 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun son xeberler bugun xeberler sonxeber.az