Vətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTO

Vətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTOSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş doqquz veteranı həqiqi hərbi xidmətə qəbul edib. Xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb.
18 avqust 2023-cü il tarixdə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib. Doqquz nəfərdən bir nəfər mayor, iki nəfər baş leytenant, üç nəfər isə leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Həmçinin xidmətə qəbul olunan mülki şəxslərdən bir nəfərə çavuş, bir nəfərə kiçik gizir, bir nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.
"Çox sevindirici haldır ki, siz - İkinci Qarabağ müharibəsinin iştirakçıları xidməti davam etmək üçün məhz bizim qurumu seçmisiniz. İstər sülh, istərsə də müharibə dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan məsələlərin həll edilməsində, vətəndaşlarımıza vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rola malik hərbi qurumdur. Bu gündən etibarən siz də bu missiyanın uğurla həyata keçirilməsində rol oynayacaqsınız. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm, çalışın qüsursuz və şərəflə xidmət aparın", - deyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib.
Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.
Vətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTOVətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTOVətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTOVətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTOVətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTOVətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTOVətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTOVətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTOVətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundular - FOTO/ azxeber.com

Sosial       Tarix: 19 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar bu gune olan xeberler xeberler bugun