Vətən Müharibəsi iştirakçısı vəfat etdi - FOTO
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib.
azxeber.com Oxu.az-a istinadən xəbər verir ki, Dəniz Nəqliyyatı Donanmasının "Dədə Qorqud" tankerinin motorçusu Vüsal Güloğlan oğlu Məlikov vəfat edib.
Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub.
O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. Ömrünün sonunadək də müxtəlif gəmilərdə motorçu kimi çalışıb.
Vüsal Məlikov Vətən müharibəsində iştirak edib. O, haqq savaşımız başlayanda iş başında olsa da, döyüşlərə qatılmaq üçün gəmini öz istəyi ilə vaxtından əvvəl tərk edib. 30 il düşmən tapdağında qalan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşən Vüsal Prezident İlham Əliyevin Sərəncamı ilə "Laçının azad olunmasına görə" medalına layiq görülüb.

Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR