"Vətən Sağ Olsun" hərbi yarışı davam edir - FOTOLAR
"Vətən Sağ Olsun" – vətənpərvərlik ruhunu yaşadan televiziya layihəsidir.
azxeber.com xəbər verir ki, Azərbaycan əsgərinin qəhrəmanlığını, həmrəyliyini və mübarizə ruhunu ekrana gətirən unikal televiziya layihəsi olan "Vətən Sağ Olsun" hər buraxılışda iştirakçılara real hərbi sınaqlar keçərək, fiziki hazırlıq, dözümlülük, liderlik sərgiləmək və vətən sevgisini nümayiş etdirmək imkanı yaradır.
Layihə müasir televiziyada milli ruhun və gənclər arasında vətənpərvərliyin təbliğinə yönəlmiş ən güclü formatlardan biridir.
Azərbaycan əsgərinin iradəsini, fiziki və mənəvi dözümlülüyünü əks etdirən "Vətən Sağ Olsun" layihəsi növbəti, beşinci dəfə tamaşaçıların qarşısına çıxır.
Hərbi-vətənpərvərlik ruhunda hazırlanan bu xüsusi layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və İctimai Televiziyanın dəstəyi ilə MZ production tərəfindən istehsal edilir.
Layihənin əvvəlki mövsümlərindən fərqli olaraq bu dəfə iştirakçılar Dövlət Sərhəd Xidməti sıralarında həqiqi hərbi xidmət keçən əsgərlər arasından seçilib. Yarış iştirakçıları xüsusi təyinatlıların proqramı əsasında hazırlanan tapşırıqları yerinə yetirməli olacaqlar. Bu dəfə gənc əsgərlər "Vətən Sağ Olsun" layihəsinin çətin, gərgin, eyni zamanda ən emosional mərhələlərini keçmək üçün əsl döyüş ruhu nümayiş etdirərək birincilik uğrunda mübarizə aparacaqlar.
Layihənin hər buraxılışında yarış iştirakçıları bir məqsəd uğrunda komanda halında birləşirlər.
Buna baxmayaraq, sonda qalib yalnız bir nəfər olacaq. Onlar bir-birinə və zamana qarşı yarışacaq.
Layihənin quruluşçu rejissoru Rövşən Cahangirov, aparıcıları Rövşən Cahangirov və Xəyalə Hüseynli, layihə rəhbəri Üzlüfət Qasımovadır.
"Vətən Sağ Olsun" Hərbi yarışı hər həftənin şənbə və bazar günləri saat 22:00-da İctimai Televiziyada yayımlanır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma