Vətən üçün döyüşdü, medalları başqa şəxsə verildi - TƏFƏRRÜAT/VİDEO

Vətən üçün döyüşdü, medalları başqa şəxsə verildi - TƏFƏRRÜAT/VİDEOSabirabadda Vətən müharibə iştirakçısı olan rayonun Qaragüney kənd sakini Vüsal Əliyev eyni ad-soyad və ata adı olan başqa birisi ilə səhv düşüb.
Xezerxeber.az-ın məlumatına görə, Vüsal Əliyev Vətən müharibəsi başlayan zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən döyüşlərə yollanıb.
 O, müharibə qurtardıqdan sonra komissarlığa gedərək Vətən müharibəsi iştirakçısı kimi qeydiyyata alınıb. Onun iddiasına görə, bundan sonra ona aid medallar və veteranlıq kartı rayonun Şəhriyar kəndindən ad, soyad, ata adı eyni olan başqa bir Vüsal Əliyev adlı şəxsə verilib.
Müraciətdən sonra verilən medallar onun adına rəsmiləşdirilib. Hazırda isə veteran kartında problem var.
Vüsal Əliyev qeyd edir ki, döyüşdən qayıtdıqdan bir müddət sonra o müddətdən artıq hərbi qulluqçu kimi işləmək isətsə də, sistemdə onun adı çıxmadığına görə işə götürülməyib.
Rayonun Şəhriyar kənd sakini olan Vüsal Əliyev isə "Xəzər Xəbər"ə bildirib ki, o, Vətən müharibəsində iştirak etməyib. Sadəcə olaraq həmin dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən  ona da çağırış vərəqəsi gəlib. Şöbədə isə onun hərbi biletinə möhür vurularaq ərazini tərk etməməsi barədə təlimat verilib.Vüsal qeyd edib ki, müharibə bitdikdən sonra bankdan ona bank hesabının olduğu bildirilib. Ona görə də Vüsal Əliyev banka gedərək adına olan kartı alıb. Eyni vaxtda bank tərəfindən Qaragüney kənd sakini, müharibə iştirakçısı olan Vüsal Əliyevə də adına kart olması barədə bildiriş gəlib. Lakin sonradan Şəhriyar kənd sakini olan Vüsal Əliyev öz adına iki kartın olduğunu bildiyindən adına olan digər kartı baglatdirmaq qərarına gəlib. Həmcinin Vüsal Əliyev qeyd edib ki, onun adına sadəcə veteran kartı gəlib. Əlavə olaraq hər hansı bir medal və orden gəlməyib.
Vüsal Əliyevin qarşılaşdığı problemlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən "Xəzər Xəbər"ə bildirilib ki, məsələ mexaniki səhvə görə baş verib. Hər iki şəxsin ad-soyad və ata adları eyni olsa da, doğum tarixləri fərqli olduğundan sistemə səhv daxil edilib. Lakin artıq məsələ öz həllini tapıb. Xidmət tərəfindən Vüsal Əliyevin döyüş tarixçəsi onun adına işlənərək sistemə daxil edilib. Veteran kartının dəyişdirlməsi üçün də  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib və yaxın günlərdə bu məslədə öz həllini tapacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

/ azxeber.com

Sosial       Tarix: 22 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı en son xeberler bu gun cəbhədən son xəbərlər 2026 azerbaycan son xeber bugun