Vətəndaş bu halda ipoteka ödəməyəcək və əmlak ona qalacaq – Yeni qanun

Vətəndaş bu halda ipoteka ödəməyəcək və əmlak ona qalacaq – Yeni qanun"İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikliyin bir sıra mühüm tələbləri var. Dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinin, yəni vətəndaşın sərəncamında qalacaq.
KONKRET.azxəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, nəzərə alsaq ki, dəyişiklikdən öncəki, yəni mövcud qanuna əsasən, əmlak kreditorun, yəni ipoteka vermiş qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalırdı.
"Amma yeni dəyişiklik imkan verəcək ki, əmlak ipotekanı götürən şəxsin sərəncamında qalsın. Bu da, təbii ki, onların hüquqlarının qorunması və əmlaka sahib olması baxımından çox vacibdir.
İkinci mühüm məqam ipotekada zaminlərlə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, ipoteka götürən şəxs dünyasını dəyişirsə, o zaman onun vəfatından sonra miras sahibliyi dəyişənə qədər olan dövrdə zaminlik dayanır.
Praktiki olaraq bu, zamin duran şəxslərin hüquqlarının qorunması baxımından vacibdir. Digər məqam varisliklə bağlıdır. Mövcud qaydalara əsasən, ipoteka götürən şəxs dünyasını dəyişirsə, onun öhdəliklərini onun vərəsəsi həyata keçirir. Amma yeni qaydalara əsasən, vərəsə mirasdan imtina edirsə, bu halda vərəsə krediti qaytarmak öhdəliyinə malik olmur", – deyə o əlavə edib.
Qeyd edək ki, "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikliyə əsasən, ipotekaya xitam verilən hallar genişlənir. Belə ki, ipoteka saxlayan (bank) tələbdən və ya ipotekadan imtina etdikdə, ipotekaya xitam veriləcək. Hazırda qanuna əsasən, bank ipotekaya xitam verirsə, əmlak bankın mülkiyyətinə keçir. Dəyişikliyə əsasən, bank ipotekaya xitam verirsə, əmlak ipoteka götürənin, yəni vətəndaşın sərəncamına keçir.
Hazırda qüvvədə olan qanunun 48-ci maddəsinə (İpotekaya xitam verilməsi) əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir:
– ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;
– əsas öhdəliyə xitam verildikdə;
– tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;
– ipoteka predmeti məhv olduqda;
– bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
– Bu qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

Sosial       Tarix: 16 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeber az cəbhədən görüntülər sou xeberler