Vətəndaşın qanuni etiraz hüququnun istismar edilməsi yolverilməzdir

Vətəndaşın qanuni etiraz hüququnun istismar edilməsi yolverilməzdir"İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycan prezidenti ölkə daxilində baş verən mühüm məsələlərə toxundu"
Bunu azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözərinə görə, vaxtaşırı bəzi daxili və xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər:
"Son günlərdə ölkə daxilində baş verən bəzi hadisələrə münasibət də Prezidentin çıxışında öz əksini tapdı. Azərbaycan Prezident də Ali Baş Komandan kimi ordumuzun gücləndirilməsi məsələlərinə toxunarkən elə bunları nəzərdə tuturdu. Güclü olmağın əsas təminat komponentlərinin biri də ölkə daxilində sabitliyin olmasıdır. Biz bilirik ki, vaxtaşırı bəzi daxili və xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər".
Deputat qeyd edib ki ki, bəzi qüvvələr Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrdən sui-istifadə etməyə çalışıblar:
"Azərbaycan polisinin asayişi qorumaq vəzifəsini yerinə yetirməsini polisimizə qarşı qarayaxma kampaniyasına çevirmək istədilər. Ancaq bunların heç biri baş tutmadı. Azərbaycan Prezidenti bunlara da münasibət bildirərək vətəndaşlarımızın dinc və haqlı etirazlarına dəstək verdi".
Hikmət Babağlu bildirib ki, ölkə başçısı istənilən vəziyyətdə öz vətəndaşının haqlı mövqeyinin yanında olduğunu sübut etdi:
"Hadisələrin bu həddə çatmasında xidməti olan dövlət qurumunun yarıtmazlığından danışdı. Lazımı tədbirlərin görüləcəyini bildirdi. Ancaq bununla belə bu dinc aksiyanı Azərbaycan dövlətinə və dövlət qurumlarına qarşı kampaniyaya çevirmək istəyən təxribatçı qruplara da xəbərdarlıq etdi. Vətəndaşın qanuni etiraz hüququnun istismar edilməsi yolverilməzdir. Xaricdəki və daxildəki bəzi marginal qruplar bunu qəsdən edirlər. Belə mövqe Azərbaycan dövlətinə qarşı olan mövqedir".
Şəbnəm Zahir

Sosial       Tarix: 13 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler cəbhədən son durum xəbərlər.com