Vətənə geri qayıdan Fədayə Laçın tanınmaz halda - FOTO
Vətənə geri qayıdan Fədayə Laçın tanınmaz halda - FOTO
Müğənni Fədayə Laçın uzun müddətdən sonra Azərbaycana gəlib.
Bizim.media xəbər verir ki, bu haqda sənətçi hava limanında açdığı canlı yayım zamanı bildirib.
Fədayə Vətənə gəlməsini Oğuzda toy mərasiminə dəvət ilə əlaqələndirib:
"Hazırda hava limanındayam. Azərbaycana gəlirəm. Üç gün Vətəndə olacağam. Gəlməyimin səbəbi isə Oğuz rayonunun Muxas kəndində keçirilən toyla əlaqədardır. Məclisdə çıxış edəcəyəm. Çox güman ki, axşam saatlarında başlayan toy səhərə kimi davam edəcək. Səhərə qədər oxuyacağam və çox yorğun olacağam. Oktyabrın 24-də isə Moskvaya geri qayıdacağam".
Müğənni bildirib ki, toydan sonra Bakıya gəlib bir neçə televiziya proqramlarına çəkiləcək və verilişlərdə qonaq olacaq.
Fədayə həmçinin bu aylar ərzində 10 kiloqram kökəldiyini vurğulayıb:
"Yaman kökəlmişəm. 55 kiloqram çəkim vardı. İndi isə 65 kiloqramam. Kökəlmək yaxşı bir şey deyil. İnsan özünü narahat hiss edir. Əslində mənə çox arıq olmaq da yaraşmır. Düzdür, üzdən mənə kökəlmək yaraşsa da, amma bədən formamda yaraşmır. İştaham yaxşıdır, yeyirəm kökəlirəm. Artıq çəki aldığıma görə özümdən xoşum gəlmir. 47 yaşım var. Axı mənim nə yaşım var…".
Müğənni oğlu Əhləmdən də söz açıb:
"Əhləm bir müddət əvvəl Bakıda idi. Üç ay qaldı, sonra Rusiyaya - yanıma geri döndü. İndi isə oğlum işləri ilə əlaqədar Türkiyədədir".
Qeyd edək ki, Fədayə oğlu Əhləmlə birlikdə uzun müddətdir Rusiyada yaşayır. Onlar Moskvada restoran biznesi ilə məşğul olurlar.
/ oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var